15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Barak Suriyadakı qarşıdurmalarla bağlı açıqlama verib

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak, Suveyda və Mənbicdə baş verən son qarşıdurmalarla bağlı ilk açıqlamasında tərəfləri dialoqa çağıraraq Suriyanın sabitliyə və sülhə layiq olduğunu bildirib.

4 Avqust 2025 15:05
Baku
Barak Suriyadakı qarşıdurmalarla bağlı açıqlama verib

BAKI, AzerVoice, Zeynəb Raminqızı

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak tərəfləri dialoqa çağırıb.

AzerVoice xəbər verir ki, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tom Barak, Suriyanın Suveyda şəhəri və Hələbin şimal-şərqindəki Mənbic rayonunda baş verən son qarşıdurmalarla bağlı ilk rəsmi açıqlamasını verib.

ABŞ diplomatı bütün tərəfləri zorakılığı dayandırmağa və mübahisələri dialoq yolu ilə həlli üçün çağırış edib.

X sosial media hesabında paylaşım edən Barak, diplomatiyanın zorakılığı dayandırmaq və davamlı həll yolu tapmaq üçün ən təsirli vasitə olduğunu vurğulayıb.

“Suriya sabitliyə və sülhə layiqdir”, – deyə ABŞ rəsmisi bildirib.

Barak əlavə edib ki, ABŞ Fransa ilə birlikdə, Suriya daxilində siyasi sabitliyin və ərazi bütövlüyünün təmin olunması üçün, xüsusilə də şimal-şərq bölgəsinin vahid Suriyaya inteqrasiyası istiqamətində vasitəçilik etməkdən qürur duyur.

Hazırda bölgədə gərginliyin artdığı və beynəlxalq aktorların vəziyyəti izlədiyi bildirilir. ABŞ nümayəndəsinin açıqlaması isə regionda diplomatik vasitələrlə sabitlik səylərinə dəstək kimi qiymətləndirilir.

Məqalədə: #ABŞ #Fransa #Suriya #Suriya xəbərləri #Suriyada son vəziyyət #Suriya hökuməti #ABŞ-ın Ankara səfiri namizədi Tom Barak #Tomas Barak #Tomas Barak Suriya üzrə nümayəndə #Tom Barrak

Mövzu üzrə digər xəbərlər

Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Digər Dövlətlər

Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb

14 Sentyabr 22:34
İranla danışıqlara başlayıb-başlamayacağımıza qərar verəcəyəm - Tramp
Digər Dövlətlər

İranla danışıqlara başlayıb-başlamayacağımıza qərar verəcəyəm - Tramp

14 Sentyabr 21:54
ABŞ sanksiyaları İranı daxildən çökdürməyə hesablanıb - Məsud Pezeşkian
İran

ABŞ sanksiyaları İranı daxildən çökdürməyə hesablanıb - Məsud Pezeşkian

14 Sentyabr 21:50
Pakistan və Livan məhkumların köçürülməsi haqqında memorandum imzalayıb
Pakistan

Pakistan və Livan məhkumların köçürülməsi haqqında memorandum imzalayıb

14 Sentyabr 20:51

Son Xəbərlər

Livanlı məhbuslar amnistiya qərarına etiraz edir
Livanlı məhbuslar amnistiya qərarına etiraz edir
12:31
Səudiyyə Ərəbistanı süni intellekt üçün mədəni etik qaydalar müəyyənləşdirib
Səudiyyə Ərəbistanı süni intellekt üçün mədəni etik qaydalar müəyyənləşdirib
12:14
Xariciliyin dövrümüzə çatan mötədil qolu - İbadilik nədir?
Xariciliyin dövrümüzə çatan mötədil qolu - İbadilik nədir?
12:00
Səudiyyə Ərəbistanı və Cibuti diplomatik pasportlar üçün vizanı ləğv edib
Səudiyyə Ərəbistanı və Cibuti diplomatik pasportlar üçün vizanı ləğv edib
11:39
"Mötədil" sözü artıq bəs etmir - ABŞ İslamçı qruplardan nələri tələb edir?
"Mötədil" sözü artıq bəs etmir - ABŞ İslamçı qruplardan nələri tələb edir?
11:30
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.