13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Portuqaliyada isti və meşə yanğınları ilə mübarizə davam edir

Portuqaliyada davam edən həddindən artıq istilər səbəbindən ölkədə artıq iki gündür yüksək hazırlıq vəziyyəti elan olunub.Şimal bölgələrində yayılan meşə yanğınları ilə mübarizə çətinləşir.

5 Avqust 2025 10:57
Baku
Portuqaliyada isti və meşə yanğınları ilə mübarizə davam edir

BAKI, AzerVoice, Zeynəb Raminqızı

Portuqaliya və İspaniyada meşə yanğınları ilə mübarizə davam etdirilir.

AzerVoice xəbər verir ki, Portuqaliyada davam edən həddindən artıq istilər səbəbindən ölkədə artıq iki gündür yüksək hazırlıq vəziyyəti elan olunub.Şimal bölgələrində yayılan meşə yanğınları ilə mübarizə çətinləşir.

Vila Real və Mondim de Basto bölgələrində hal-hazırda dörd böyük aktiv yanğın qeydə alınıb. Rəsmilər bildirir ki, alovun söndürülməsinə 800-dən çox yanğınsöndürən, 282 texnika və 9 hava nəqliyyatı vasitəsi cəlb edilib.

Ən böyük yanğın Vila Real bölgəsində qeydə alınıb. Burada 522 yanğınsöndürən alovun qarşısını almaq üçün səfərbər olunub. Əməliyyatlara Latviyanın Xüsusi Təyinatlı Qüvvələrindən olan 16 nəfərlik heyət də dəstək verir.

Səlahiyyətlilər yanğınsöndürənlərin artıq günlərlə fasiləsiz çalışdıqlarını və ciddi şəkildə yorulduqlarını bildirərək, hökumətdən əlavə qüvvələr göndərməyi tələb ediblər.

Portuqaliya hökuməti yeni istilər səbəbindən 7 avqusta qədər həyəcan siqnalı elan edib.

Portuqaliyanın qonşusu İspaniya da anormal istilərin təsiri altındadır. Ölkənin doqquz muxtar bölgəsində hava temperaturu 42°C-yə qədər yüksəlib. Buna görə də, müvafiq qurumlar “narıncı həyəcan” rejimi tətbiq ediblər.

İspaniyanın Badajoz şəhərində 85 yaşlı bir kişi günvurma nəticəsində həyatını itirib. Rəsmilər bildirirlər ki, meşə yanğınları nəzarət altına alınsa da, anomal temperatur səbəbilə yeni yanğınların başvermə riski hələ də yüksək olaraq qalır.

Avropanın cənub-qərbində, xüsusilə Pireney yarımadasında, yay ayları anomal istilərlə müşayiət olunur. Meteoroloqlar bildirirlər ki, bu yay ikinci dəfə müşahidə olunan istilər həftə sonuna qədər davam edəcək.

Təbii fəlakət riski fonunda həm Portuqaliya, həm də İspaniya vətəndaşları yanğın təhlükəsi və yüksək temperaturla bağlı xəbərdar edilib.

Məqalədə: #yanğın #İspaniya #Portuqaliya #meşə yanğınları #isti hava #istiləşmə #yanğınsöndürən #qlobal istilik #qlobal istiləşmə #yanğın xəbərdarlığı #şiddətli istilər #qızmar istilər #qlobal istiləşmə təhlükələri #yanğınla bağlı təxliyə

Mövzu üzrə digər xəbərlər

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

19:40
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran

İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb

18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

18:03
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Pakistan

Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər

15:22

Son Xəbərlər

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
20:06
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
19:51
İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
19:43
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
19:40
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
18:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.