İspaniyada 1961-ci ildən bəri ən güclü istilik dalğası qeydə alınıb
İspaniya Meteorologiya İnstitutu (AEMET) 3–18 avqust tarixlərində müşahidə olunan isti dalğasının ölkə tarixində ən şiddətlisi olduğunu açıqlayıb. Qeyd olunub ki, bu müddət ərzində temperatur normadan 4,6 dərəcə yüksək olub. Müqayisə üçün, 2022-ci ilin iyulunda müşahidə edilən əvvəlki rekord isti dalğasında temperatur normadan 4,5 dərəcə yuxarı qalxmışdı. AEMET həmçinin bildirib ki, davamlı yüksək temperatur insanların sağlamlığına ciddi təsir göstərib, meşə yanğınlarının güclənməsinə səbəb olub. Statistikaya görə, 1975–1999-cu illərdə İspaniyada ümumilikdə 44 isti dalğası (212 gün) qeydə alınıbsa, 2000–2024-cü illərdə bu göstərici 90 isti dalğası (417 gün) təşkil edib. Son illərdə isti dalğalarının təsir etdiyi əyalətlərin sayı da 36-dan 44-ə yüksəlib.
Portuqaliyada isti və meşə yanğınları ilə mübarizə davam edir
Portuqaliyada davam edən həddindən artıq istilər səbəbindən ölkədə artıq iki gündür yüksək hazırlıq vəziyyəti elan olunub.Şimal bölgələrində yayılan meşə yanğınları ilə mübarizə çətinləşir.
Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda tədbirlər görülür - MN
Son vaxtlar davam edən anomal istilər ilə əlaqədar Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında istivurma və günvurma hallarının qarşısının alınması məqsədilə birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində bir sıra tədbirlər həyata keçirilib.
İngiltərədə Ekstremal İstilər- Su İstifadəsinə Ciddi Məhdudiyyətlər Tətbiq Olunub
İngiltərədə ekstremal istilər nəticəsində su istifadəsinə ciddi məhdudiyyətlər tətbiq edilib.
İqlim dəyişikliyi bir həftədə 1500 insanın ölümünə səbəb olub
İqlim dəyişikliyi Avropadakı isti dalğasında ölüm hallarını üçqat artırıb.
Barselona son 100 ilin ən isti iyununu yaşayıb
İspaniya Meteorologiya İnstitutu (AEMET) bu ilin iyun ayında şəhərdə orta temperaturun 26 dərəcəyə çatdığını açıqlayıb.
Fransada istilər səbəbindən 1350 məktəb bağlanıb
Fransa Meteorologiya Agentliyi Meteo France, Paris də daxil olmaqla 16 əyalətdə qırmızı, 68 əyalətdə isə narıncı dərəcəli həyəcan siqnalı elan edib.
İranda rekord istilər səbəbindən tətil elan edilib
İranın mərkəzində yerləşən Yəzd əyalətində sabah bütün dövlət və özəl sektor müəssisələri bağlanacaq. Səbəb – bölgədə hökm sürən rekord səviyyədə yüksək temperaturdur.