4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

İqlim dəyişikliyi bir həftədə 1500 insanın ölümünə səbəb olub

İqlim dəyişikliyi Avropadakı isti dalğasında ölüm hallarını üçqat artırıb.

13 İyul 2025 15:00
İqlim dəyişikliyi bir həftədə 1500 insanın ölümünə səbəb olub

BAKI, AzerVoice

İqlim dəyişikliyi Avropadakı isti dalğasında ölüm hallarını üçqat artırıb.

AzerVoice xəbər verir ki, qalıq yanacaq istifadəsi nəticəsində sürətlənən iqlim dəyişikliyi Avropada baş verən son isti dalğasında ölüm hallarının üç dəfə artmasına səbəb olub.

London İmperial Kolleci və London Gigiyena və Tropik Tibb Məktəbinin rəhbərliyi ilə aparılan təhlildə bu nəticəyə gəlinib.

İyunun 23-dən iyulun 2-dək Avropanın 12 böyük şəhərində — Milan, Barselona, Paris, London, Roma, Madrid, Afina, Budapeşt, Zaqreb, Frankfurt, Lissabon və Sassari şəhərlərində temperatur mövsümi ortalamadan 1-4 dərəcə yüksək olub. Bu 10 günlük isti dalğası nəticəsində 2300-dən çox insan həyatını itirib, onlardan 1500-nün ölümü isə iqlim dəyişikliyi ilə əlaqələndirilib.

Təhlilə əsasən, isti hava şəraitindən ölüm hallarının 88 faizi 65 yaşdan yuxarı insanlarda qeydə alınıb. Eyni dövrdə 20-64 yaş qrupunda da azı 183 nəfər həyatını itirib. Ən çox ölüm isə Milan, Barselona, Paris və Londonda baş verib.

Elm adamları xəbərdarlıq edir
London İmperial Kollecinin Ətraf Mühit Siyasəti Mərkəzinin tədqiqatçısı Ben Klark bildirib:
“Temperaturda cəmi 2-3 dərəcə Selsi fərqi minlərlə insan üçün həyat və ölüm fərqi deməkdir. Hətta bu gün qlobal temperatur sənaye öncəsi dövrlə müqayisədə 1,3 dərəcə artıb. Əgər tədbir görülməzsə, bu göstərici əsrin sonunda 3 dərəcəyə çata bilər”.

İqlim Elmləri üzrə baş müəllim Friederike Otto isə əlavə edib:
“Avropada ölümcül isti dalğalarının qarşısını almağın yeganə yolu qalıq yanacaqdan imtina etməkdir. Bərpa olunan enerji keçidi və istilərə dayanıqlı şəhərlərin salınması minlərlə insanın həyatını xilas edə bilər.”

Qeyd edək ki, bu araşdırma iqlim dəyişikliyinin artıq Avropa ölkələrində birbaşa insan həyatı üçün təhdid olduğunu və qlobal istiləşmənin təkcə təbii fəlakətlərə deyil, həm də “səssiz ölümlərə” səbəb olduğunu ortaya qoyur.

Məqalədə: #Avropa #İqlim dıyişikliyi #istiləşmə #qlobal istiləşmə #isti hava şəraiti #qızmar istilər #Qlobal iqlim dəyişikliyi

Mövzu üzrə digər xəbərlər

İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
Digər Dövlətlər

İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib

18:45
Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq
Siyasət

Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq

1 Sentyabr 13:53
Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
Cəmiyyət

Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol

1 Sentyabr 11:31
Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur - Peskov
Digər Dövlətlər

Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur - Peskov

29 Avqust 17:33

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.