Yağış yağmazsa, Tehranı boşaltmaq məcburiyyətində qalacağıq - Pezeşkian
İran Prezidenti Məsud Pezeşkian paytaxt Tehran üçün ciddi su qıtlığı xəbərdarlığı edib. Prezident bildirib ki, yaxın günlərdə yağış yağmasa, gələn aydan etibarən şəhərdə su kəsintiləri tətbiq olunacaq. Əgər bu tədbirlər də kifayət etməzsə, Tehranı boşaltmaq məcburiyyətində qalacaqlarını deyib. “Yağış yağmazsa, gələn aydan etibarən Tehranda su məhdudlaşdırmasına gedəcəyik. Bundan sonra da yağış olmazsa, suyumuz tükənəcək və Tehranı təxliyə etməyə məcbur olacağıq,” – deyə Pezeşkian bildirib.
Avropada bu il istilərin təsiri ilə ölənlərin sayı 16 min nəfəri keçib
Avropada aparılan tədqiqatda müəyyən edilib ki, iqlim dəyişiklikləri bu yay şəhərlərdə isti hava şəraitini gücləndirib və istiliklə əlaqədar ölüm sayı 16 min 500 nəfərə çatıb. İngiltərənin Imperial College London və London School of Hygiene & Tropical Medicine mütəxəssislərinin iqlim modelləşdirmə üsulu ilə apardıqları tədqiqatda iyun-avqust ayları arasında Avropanın 854 şəhərində ölüm hallarına baxılıb. Tədqiqatda vurğulanıb ki, insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişiklikləri səbəbindən isti dalğaları daha şiddətli və tez-tez baş verir. İstilik Avropanın araşdırılan şəhərlərində orta hesabla 2,2 dərəcə artıb, bəzi yerlərdə isə bu artım 3,6 dərəcəyə çatıb.
İspaniyada 1961-ci ildən bəri ən güclü istilik dalğası qeydə alınıb
İspaniya Meteorologiya İnstitutu (AEMET) 3–18 avqust tarixlərində müşahidə olunan isti dalğasının ölkə tarixində ən şiddətlisi olduğunu açıqlayıb. Qeyd olunub ki, bu müddət ərzində temperatur normadan 4,6 dərəcə yüksək olub. Müqayisə üçün, 2022-ci ilin iyulunda müşahidə edilən əvvəlki rekord isti dalğasında temperatur normadan 4,5 dərəcə yuxarı qalxmışdı. AEMET həmçinin bildirib ki, davamlı yüksək temperatur insanların sağlamlığına ciddi təsir göstərib, meşə yanğınlarının güclənməsinə səbəb olub. Statistikaya görə, 1975–1999-cu illərdə İspaniyada ümumilikdə 44 isti dalğası (212 gün) qeydə alınıbsa, 2000–2024-cü illərdə bu göstərici 90 isti dalğası (417 gün) təşkil edib. Son illərdə isti dalğalarının təsir etdiyi əyalətlərin sayı da 36-dan 44-ə yüksəlib.
İsti dalğalar niyə pisləşir?
Bu il dünya üzrə isti hava dalğaları bir çox ölkədə rekordları alt-üst etdi. İyunun əvvəlində milyonlarla amerikalı 40 dərəcəni keçən istilərdə qovrularkən, iyulun əvvəlində Avropa "ilin bu dövrü üçün qeyri-adi" olaraq qiymətləndirilən isti hava dalğasının təsiri altına düşdü. Bəs isti hava dalğaları niyə daha da pisləşir?
2025-ci ilin iyul ayı dünyada qeydə alınan üçüncü ən isti iyul ayı oldu
2025-ci ilin iyul ayı dünyada qeydə alınan üçüncü ən isti iyul ayı olaraq tarixə keçdi. Bu ay Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda 50,5 dərəcə ilə bütün zamanların istilik rekordu qırıldı və Cənub-Şərqi Avropa istilik dalğaları və meşə yanğınları ilə üz-üzə qaldı.
İranda fövqəladə istilər səbəbindən dövlət idarələri tətil elan edir
Fars Xəbər Agentliyinin məlumatına görə, tədbir Tehran, Fars, Ərdəbil, Kohgiluye-Boyer Əhməd, Gülistan, Rəzəvi Xorasan, Çaharmahal-Bəxtiyari, Buşehr, Cənubi Xorasan, Yəzd, İsfahan, Hörmüzqan, Kirman, Əlborz, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Semnan, İlam, Qum və Gilan vilayətlərini əhatə edəcək.
Portuqaliyada isti və meşə yanğınları ilə mübarizə davam edir
Portuqaliyada davam edən həddindən artıq istilər səbəbindən ölkədə artıq iki gündür yüksək hazırlıq vəziyyəti elan olunub.Şimal bölgələrində yayılan meşə yanğınları ilə mübarizə çətinləşir.
Portuqaliya və İspaniyada yanğınlarla mübarizə davam edir
Portuqaliya hökuməti ölkənin mərkəzi və şimal bölgələrində temperaturun kəskin artması və artan yanğın riski səbəbindən ən yüksək hazırlıq rejimini elan edib. Hər iki ölkədə yüzlərlə yanğınsöndürən və texnika səfərbər olunub, bəzi bölgələrdə meşə ərazilərinə giriş qadağan edilib.
Qlobal istiləşmə vulkan püskürmələrinə səbəb ola bilər
Elm adamları bildirirlər ki, buzlaqların əriməsi nəticəsində yerin altındakı maqma otaqları üzərindəki təzyiq azalır və bu da vulkan püskürmələrinin artmasına səbəb ola bilər. Ən böyük risk bölgələrindən biri isə 100-dən çox vulkanın yerləşdiyi Qərbi Antarktidadır.
Türkiyədə iyul ayı Avropanın çox bölgəsindən daha isti keçib
Türkiyə Meteoroloji Ümumi İdarəsinin məlumatlarına əsasən, Türkiyədə iyul ayında temperatur mövsüm normallarından ölkə üzrə orta hesabla 6-12 dərəcə yüksək olub. İyulun ilk həftəsindən başlayaraq temperatur bütün ölkə üzrə mövsüm normallarının üzərində seyr edib və beləliklə, Türkiyə Avropanın bir çox bölgəsindən daha isti yay ayı yaşayıb.
Dünyanın müxtəlif yerlərində temperatur rekordları qırılır
Aralarında Aralıq dənizi, Türkiyə, Avropa, ABŞ, Yaxın Şərq, Okeaniya və Asiyanın da olduğu dünyanın müxtəlif bölgələrində rekord həddə çatan istilər qeydə alınır. Gələcək günlərdə də havanın yüksək temperaturla davam edəcəyi proqnozlaşdırılır.
Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda tədbirlər görülür - MN
Son vaxtlar davam edən anomal istilər ilə əlaqədar Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında istivurma və günvurma hallarının qarşısının alınması məqsədilə birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində bir sıra tədbirlər həyata keçirilib.