13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Qlobal istiləşmə vulkan püskürmələrinə səbəb ola bilər

Elm adamları bildirirlər ki, buzlaqların əriməsi nəticəsində yerin altındakı maqma otaqları üzərindəki təzyiq azalır və bu da vulkan püskürmələrinin artmasına səbəb ola bilər. Ən böyük risk bölgələrindən biri isə 100-dən çox vulkanın yerləşdiyi Qərbi Antarktidadır.

3 Avqust 2025 09:21
Qlobal istiləşmə vulkan püskürmələrinə səbəb ola bilər

BAKI, AzerVoice

Elm adamları bildirirlər ki, buzlaqların əriməsi nəticəsində yerin altındakı maqma otaqları üzərindəki təzyiq azalır və bu da vulkan püskürmələrinin artmasına səbəb ola bilər. Ən böyük risk bölgələrindən biri isə 100-dən çox vulkanın yerləşdiyi Qərbi Antarktidadır.

Buzlaqların əriməsi yeraltı təzyiqi azaldır

Qlobal istiləşmə ilə əlaqədar buzlaqların sürətlə əriməsi, təkcə dəniz səviyyəsini yüksəltməklə qalmır, həm də vulkanik fəaliyyətlərə təsir göstərir. Çilidə aparılan bir araşdırma göstərib ki, son buzul dövrünün sona çatdığı dövrdə (təxminən 26-18 min il əvvəl) Cənubi Amerikada vulkanik aktivlik artmışdı. Alimlər bu vəziyyətin gələcəkdə Antarktidada da təkrarlana biləcəyini deyirlər.

Araşdırmaya əsasən, bu dövrdə Patagoniya bölgəsindəki qalın buz örtüyü Mocho-Choshuenco vulkanının püskürməsini ləngidirdi. Lakin buzlaqlar əridikcə maqma üzərindəki təzyiq azalıb, bu da daha güclü və tez-tez baş verən püskürmələrə səbəb olub.

Antarktida üçün təhlükə siqnalı

ABŞ-ın Viskonsin-Madison Universitetindən tədqiqatçı Pablo Moreno-Yaeger bildirib ki, “Buzlaqlar geri çəkildikcə, vulkanların püskürmə tezliyi və gücü artır.”

Alimlərə görə, Qərbi Antarktidada azı 100 vulkan mövcuddur və bölgədəki buz örtüyü bu əsr ərzində ciddi şəkildə ərimə təhlükəsi ilə üz-üzədir. Bu isə regionu mümkün püskürmələr qarşısında həssas duruma gətirir.

İqlim dövrü təhlükəsi

Qısa müddətli vulkan püskürmələri atmosferdəki hissəciklər vasitəsilə planetin soyumasına səbəb ola bilər. Lakin uzunmüddətli püskürmələr karbon qazı və metan kimi istixana qazlarını atmosferə buraxaraq temperaturun daha da artmasına gətirib çıxara bilər. Bu da yeni buzlaq ərimələrinə və təkrar püskürmələrə yol açaraq iqlim böhranını daha da dərinləşdirə bilər.

Daha çox araşdırmaya ehtiyac var

Alimlər vurğulayırlar ki, iqlim dəyişikliyinin vulkanik fəaliyyətlərə təsiri hələ lazımi qədər araşdırılmayıb. Gələcəkdə baş verə biləcək fəlakətlərin qarşısını almaq üçün bu sahədə daha çox elmi tədqiqat aparılmasına ehtiyac var.

Məqalədə: #İqlim dəyişikliyi #vulkan #istiləşmə #karbon emissiyası #qlobal istilik #qlobal istiləşmə #Qlobal istiləşmə və okeanlar #Buzlaqların əriməsi #Okean istiləşməsi 2025 #qlobal istiləşmə təhlükələri #qlobal istiləşmə və buzlaqlar #Maqma otaqları #Qərbi Antarktida #Patagoniyada vulkan aktivliyi #Mocho-Choshuenco vulkanı #Sera qazları #Təbii fəlakətlər #Antarktida buz örtüyü #İqlim böhranı #Yeraltı təzyiq #Elm adamlarının araşdırması

Mövzu üzrə digər xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

6 Sentyabr 11:00

Son Xəbərlər

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
20:06
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
19:51
İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
19:43
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
19:40
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
18:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.