4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Dünyanın müxtəlif yerlərində temperatur rekordları qırılır

Aralarında Aralıq dənizi, Türkiyə, Avropa, ABŞ, Yaxın Şərq, Okeaniya və Asiyanın da olduğu dünyanın müxtəlif bölgələrində rekord həddə çatan istilər qeydə alınır. Gələcək günlərdə də havanın yüksək temperaturla davam edəcəyi proqnozlaşdırılır.

26 İyul 2025 14:24
Dünyanın müxtəlif yerlərində temperatur rekordları qırılır

BAKI, AzerVoice

Aralarında Aralıq dənizi, Türkiyə, Avropa, ABŞ, Yaxın Şərq, Okeaniya və Asiyanın da olduğu dünyanın müxtəlif bölgələrində rekord həddə çatan istilər qeydə alınır. Gələcək günlərdə də havanın yüksək temperaturla davam edəcəyi proqnozlaşdırılır.

AzerVoice xəbər verir ki, hazırda Türkiyə də daxil olmaqla Aralıq dənizi və Avropanın bir sıra bölgələrində iyunun ilk yarısında təsirini göstərən şiddətli istilər yenidən özünü hiss etdirir.

Dünən Türkiyədə havanın temperaturu mövsüm normalarından 6-12 dərəcə yüksək olub. Ölkə üzrə ən yüksək temperatur isə 50,5 dərəcə ilə Şırnakın Silopi rayonunda qeydə alınıb.

Mardin Kızıltepedə 49,6, Cizredə 49,4, Nusaybində isə 49,3 dərəcə ölçülüb. Türkiyədə ümumilikdə 6 ölçü stansiyasında temperatur 49 dərəcəni keçib.

Yunanıstanın Mora yarımadasındakı Skala bölgəsində temperatur 46 dərəcəyə çatıb. Rodos adasındakı Lindos şəhərində isə 43,6 dərəcə ilə bölgənin ən yüksək temperaturu qeydə alınıb.

Albaniyanın cənub-qərbində yerləşən Avlonya şəhərində temperatur 42,4 dərəcə ilə rekord səviyyəyə çatıb, Sarayevoda isə 39 dərəcə olub.

Skandinaviya ölkələrindən Finlandiyanın Meteorologiya İnstitutu bildirib ki, bəzi bölgələrdə 14 gündür fasiləsiz olaraq 30 dərəcə istilər ölçülür. Bu isə 1961-ci ildən bəri ilk dəfədir.

İsveçdə də müxtəlif bölgələrdə gündüz temperaturu 30, gecə isə 23 dərəcəyə yüksəlib.

Cənub-Şərqi Asiyada, Taylandın Çavang bölgəsində 36,5, Filippinlərin Mindanao adasında yerləşən Surigao şəhərində isə 36,2 dərəcə istilər qeydə alınıb. İndoneziyanın Palu şəhərində temperatur 37 dərəcəyə yüksəlib, bu isti hava Malayziyada da hiss olunub.

Yaponiyanın şimalındakı Otaru bölgəsində 34 dərəcə, ölkənin digər bölgələrində isə 30 dərəcədən yuxarı istilər müşahidə olunub.

ABŞ-ın Milli Okean və Atmosfer İdarəsi (NOAA) yüksək təzyiqlə əlaqədar təhlükəli istilərin davam edəcəyi barədə xəbərdarlıq edib.

İraqın paytaxtı Bağdadda temperaturun bu gün 49 dərəcəyə çata biləcəyi bildirilir.

Misir, Oman, Yaxın Şərqin bir çox bölgəsi, eləcə də Türkiyə, Yunanıstan və Şərqi Aralıq dənizi bölgələrində istilərin həftə sonuna qədər yüksək səviyyədə davam edəcəyi proqnozlaşdırılır.


Məqalədə: #Türkiyə #Avropa #Misir #Yunanıstan #Filippin #Oman #Avropa Birliyi #Yaxın Şərq #Aralıq dənizi #qlobal istilik #Şərqi Aralıq dənizi beşliyi #Şərqi Aralıq dənizi gərginliyi #Temperatur rekordları #İstilik və təzyiq #Aralıq dənizində enerji yarışması #temperatur rekordu #2024 istilik dalğası #Quraqlıq və istilik #Yüksək temperatur #İstilik fəlakəti

Mövzu üzrə digər xəbərlər

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

20:41
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

20:30
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

20:23

Son Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
20:43
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
20:41
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
20:30
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
20:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.