Yağış yağmazsa, Tehranı boşaltmaq məcburiyyətində qalacağıq - Pezeşkian
İran Prezidenti Məsud Pezeşkian paytaxt Tehran üçün ciddi su qıtlığı xəbərdarlığı edib. Prezident bildirib ki, yaxın günlərdə yağış yağmasa, gələn aydan etibarən şəhərdə su kəsintiləri tətbiq olunacaq. Əgər bu tədbirlər də kifayət etməzsə, Tehranı boşaltmaq məcburiyyətində qalacaqlarını deyib. “Yağış yağmazsa, gələn aydan etibarən Tehranda su məhdudlaşdırmasına gedəcəyik. Bundan sonra da yağış olmazsa, suyumuz tükənəcək və Tehranı təxliyə etməyə məcbur olacağıq,” – deyə Pezeşkian bildirib.
Avropada bu il istilərin təsiri ilə ölənlərin sayı 16 min nəfəri keçib
Avropada aparılan tədqiqatda müəyyən edilib ki, iqlim dəyişiklikləri bu yay şəhərlərdə isti hava şəraitini gücləndirib və istiliklə əlaqədar ölüm sayı 16 min 500 nəfərə çatıb. İngiltərənin Imperial College London və London School of Hygiene & Tropical Medicine mütəxəssislərinin iqlim modelləşdirmə üsulu ilə apardıqları tədqiqatda iyun-avqust ayları arasında Avropanın 854 şəhərində ölüm hallarına baxılıb. Tədqiqatda vurğulanıb ki, insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişiklikləri səbəbindən isti dalğaları daha şiddətli və tez-tez baş verir. İstilik Avropanın araşdırılan şəhərlərində orta hesabla 2,2 dərəcə artıb, bəzi yerlərdə isə bu artım 3,6 dərəcəyə çatıb.
2025-ci ilin iyul ayı dünyada qeydə alınan üçüncü ən isti iyul ayı oldu
2025-ci ilin iyul ayı dünyada qeydə alınan üçüncü ən isti iyul ayı olaraq tarixə keçdi. Bu ay Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda 50,5 dərəcə ilə bütün zamanların istilik rekordu qırıldı və Cənub-Şərqi Avropa istilik dalğaları və meşə yanğınları ilə üz-üzə qaldı.
Fransada meşə yanğını Parisdən böyük sahəyə yayılıb
Fransanın cənubundakı Aude bölgəsində başlayan meşə yanğını 39,5 min hektardan çox ərazini məhv edib. İspaniya sərhədi yaxınlığında alovlanan yanğın Paris şəhərinin ümumi sahəsindən böyük əraziyə yayılıb. Hadisə nəticəsində azı bir nəfər həlak olub, 13 nəfər yaralanıb, üç nəfər isə itkin düşüb. Fransanın baş naziri Fransua Bayru yanğını “görünməmiş miqyaslı fəlakət” adlandırıb. Alovların söndürülməsinə 2100-dən çox yanğınsöndürən və bir neçə xüsusi təyyarə cəlb olunub. Cümə axşamından etibarən əraziyə hərbi qüvvələr də yerləşdiriləcək.
2500 illik qədim piramida xarabalığa çevrildi
Meksikanın Michoacan ştatında yerləşən və təxminən 2.500 il yaşı olan qədim bir piramida 2025-ci il iyulun 29-u gecəsi güclü yağışlar səbəbindən dağılıb. Təxminən 15 metr hündürlüyündə olan kvadrat formalı tikilinin cənub divarı davamlı yağıntıya dözə bilməyərək dağıntıya çevrilib.
Türkiyədə iyul ayı Avropanın çox bölgəsindən daha isti keçib
Türkiyə Meteoroloji Ümumi İdarəsinin məlumatlarına əsasən, Türkiyədə iyul ayında temperatur mövsüm normallarından ölkə üzrə orta hesabla 6-12 dərəcə yüksək olub. İyulun ilk həftəsindən başlayaraq temperatur bütün ölkə üzrə mövsüm normallarının üzərində seyr edib və beləliklə, Türkiyə Avropanın bir çox bölgəsindən daha isti yay ayı yaşayıb.
Afrika mənşəli isti hava Türkiyəni bürüdü – temperatur 45 dərəcəni keçdi
"Afrika istisi" və ya "səhra istisi" ifadəsinin qaynağı olaraq göstərilən Afrika qitəsinin hava şəraiti və Türkiyədə cəmi bir neçə gün davam edən, lakin Afrikanın bəzi bölgələrini aylarla təsir edən temperaturlar həyata mənfi təsir göstərə bilər.
Dünyanın müxtəlif yerlərində temperatur rekordları qırılır
Aralarında Aralıq dənizi, Türkiyə, Avropa, ABŞ, Yaxın Şərq, Okeaniya və Asiyanın da olduğu dünyanın müxtəlif bölgələrində rekord həddə çatan istilər qeydə alınır. Gələcək günlərdə də havanın yüksək temperaturla davam edəcəyi proqnozlaşdırılır.