11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrailin ABŞ-da nüfuzu getdikcə azalır - İsrailin keçmiş baş naziri Bennett

İsrailin sabiq Baş naziri Naftali Bennett, ölkəsinin Amerika Birləşmiş Ştatlarındakı nüfuzunun ciddi şəkildə zədələndiyini və artıq “parya dövlət” (kənarlaşdırılmış dövlət) kimi qəbul edildiyini bildirib.

5 Avqust 2025 17:12
İsrailin ABŞ-da nüfuzu getdikcə azalır - İsrailin keçmiş baş naziri Bennett

BAKI, AzerVoice, Nailə Babazadə

İsrailin sabiq Baş naziri Naftali Bennett, ölkəsinin Amerika Birləşmiş Ştatlarındakı nüfuzunun ciddi şəkildə zədələndiyini və artıq “parya dövlət” (kənarlaşdırılmış dövlət) kimi qəbul edildiyini bildirib.

AzerVoice xəbər verir ki, Vaşinqton və Nyu-Yorka etdiyi 10 günlük səfərin ardından sosial media platforması X üzərindən paylaşım edən Bennett, “İsrailin ABŞ-dakı nüfuzu geriləyir” başlıqlı mesajında ciddi xəbərdarlıq edib.

2021–2022-ci illər arasında baş nazir vəzifəsində çalışan Bennett, ABŞ-da uzun illər yaşadığını və İsrailin təbliğatı ilə məşğul olduğunu xatırladaraq, bu qədər mənfi atmosferin heç vaxt olmadığını vurğulayıb.

“İsrail artıq parya dövlət kimi qəbul edilir” deyən siyasətçi, ABŞ-dakı siyasi dəstəyin də azaldığını qeyd edib. Onun sözlərinə görə, Demokrat Partiyası ilə əlaqələr kəsilib, Respublikaçılar Partiyası ilə olan ənənəvi yaxınlıq da zəifləməkdədir.

Bennett, keçmiş prezident Donald Tramp dövründə İsrailə müəyyən dəstəyin qaldığını qeyd etsə də, MAGA hərəkatı daxil olmaqla sağ yönlü siyasi dairələrin də İsraildən uzaqlaşdığını bildirib. “Hətta bizə dost olanlar belə artıq İsraili müdafiə etməkdə çətinlik çəkirlər”, – deyə o bildirib.

Sabiq baş nazir, Qəzzadakı humanitar böhran və aclıq iddialarının ABŞ ictimaiyyətində geniş rezonans doğurduğunu və bunun reallıq kimi qəbul edilməyə başlandığını qeyd edib. O əlavə edib ki, bu kampaniyalar İsrail cəmiyyətini və əsgərlərini uzunmüddətli şəkildə damğalamaq məqsədi daşıyır.

Bennett, ABŞ-da israillilərin getdikcə daha çox “yük” kimi göründüyünü və Amerikalı yəhudilərin görünməmiş səviyyədə antisemitizmə məruz qaldığını vurğulayıb. Onun sözlərinə görə, həm radikal sol, həm də sağ çevrələr yəhudiləri iqtisadi böhranların günahkarı kimi göstərməyə çalışır.

Sonda Bennett bildirib ki, Həmasın əlində olan israilli girovların vəziyyəti ABŞ ictimaiyyətində demək olar ki, heç bir əks-səda doğurmur və “7 oktyabr qətliamı belə yavaş-yavaş unudulur”.

Məqalədə: #Qəzza #Qəzza zolağı #ABŞ #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza blokadası #Uşaq ölümü Qəzza #ABŞ-İsrail ortaq strategiyası #ABŞ-İsrail texnoloji əməkdaşlığı #BMT-nin Qəzza hesabatı #Naftali Bennett #MAGA Katolikləri #ABŞ-İsrail-Fələstin siyasəti

Mövzu üzrə digər xəbərlər

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

10 Sentyabr 21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

10 Sentyabr 20:10
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Digər Xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib

10 Sentyabr 19:41
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
Digər Dövlətlər

Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir

10 Sentyabr 19:35

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.