"İsrail hər zamankindən daha güclüdür, İranın şər oxu isə sağ qalmaq üçün vuruşur - Netanyahu
İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin hərbi qüdrəti həmçinin İran daxilində həyata keçirilən gizli əməliyyatlar və Livan sərhədindəki son vəziyyət barədə strateji açıqlamalar verib. Baş nazir çıxışı zamanı İsrailin hazırda hər zamankindən daha güclü mövqedə olduğunu və Amerika Birləşmiş Ştatları ilə müttəfiqlik şəraitində dünyadakı şər qüvvələrinə qarşı mübarizə apardıqlarını qeyd edib.
Qəzzada hava zərbəsi nəticəsində yeddi mülki şəxs həlak olub
İsrailin atəşkəs razılaşmasını pozaraq Qəzza zolağının mərkəzində, Megazi qaçqın düşərgəsinin şərqində toplaşan mülki şəxsləri hədəf alan hava hücumu nəticəsində 7 fələstinli həyatını itirib. Tibbi mənbələrdən alınan məlumata görə, Megazi qaçqın düşərgəsinin şərqindəki mülki kütləyə edilən hücumdan sonra həlak olan 7 fələstinlinin cənazəsi Deyr əl-Bəlahdakı Əqsa Şəhidləri xəstəxanasına gətirilib. Hücumla bağlı əlavə təfərrüat paylaşılmayıb.
İsrailin Qəzzaya yeni hücumları ABŞ-ın vasitəçilik etdiyi atəşkəsi sarsıdır
Səhiyyə rəsmilərinin verdiyi məlumata görə, çərşənbə axşamı günü İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi iki ayrı hücum nəticəsində ən azı beş nəfər həyatını itirib. Bu son zorakılıq dalğası ABŞ-ın vasitəçiliyi ilə əldə edilmiş və beş aydır davam edən kövrək atəşkəs razılaşmasının gələcəyini ciddi şübhə altına qoyur. Tibb işçiləri bildiriblər ki, anklavın şimalındakı Cabaliya bölgəsinə endirilən hava zərbəsi üç nəfərin, cənubdakı Xan Yunis şəhərinə edilən hücum isə iki nəfərin ölümü ilə nəticələnib. İsrail tərəfi hələlik hər iki hadisə ilə bağlı rəsmi şərh verməyib.
ABŞ-İsrail koalisiyasının İrana hücumları genişlənir
Çərşənbə axşamı günü ABŞ-İsrail koalisiyasının İrana qarşı hava hücumlarının miqyası daha da genişlənib. Tehranın Körfəz ölkələrinə və Kiprdəki Britaniya hərbi hava bazasına raket və dron zərbələri endirməsi, həmçinin İsrailin "Hizbullah"ın hücumlarına cavab olaraq Livanı hədəf alması münaqişəni yeni və daha təhlükəli mərhələyə daşıyıb.
İsrailin addımı sülh səylərinə zərbə vurur - Səudiyyə XİN
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi İsrailin işğal altındakı Qərb Sahili ilə bağlı son qərarını kəskin tənqid edib. “Al Arabiya”nın yaydığı bəyanata görə, nazirlik İsrailin qərarının bölgədə sülh və sabitlik səylərini zəiflətdiyini bildirib. Açıqlamada vurğulanıb ki, İsrailin Fələstin torpaqları üzərində heç bir hüququ yoxdur və Qərb Sahilinin bəzi hissələrinə nəzarəti gücləndirmək qərarı iki dövlətli həll perspektivini təhlükə altına qoyur.
UNRWA-nın Şərqi Qüdsdəki qərargahı yandırılıb
BMT-nin fələstinli qaçqınlar üzrə agentliyi bazar günü bildirib ki, Şərqi Qüdsdəki qismən sökülmüş qərargahı yandırılıb. UNRWA agentliyi ərazidə baş verən hadisənin səbəbi barədə təfərrüat verməyib. Qeyd edək ki, İsrail hakimiyyəti təşkilatın 2025-ci ildə ölkədəki fəaliyyətini qadağan etdikdən sonra, keçən həftə bu ərazini müsadirə edərək söküntü işlərinə başlamışdı.
ABŞ Senatı İsrailə milyardlarla dollar yardım və Fələstinə yeni məhdudiyyətlər təklif edir
ABŞ Senatının Təxsisat Komitəsi İsrailə ən azı 3,3 milyard dollar hərbi yardım ayrılmasını və Fələstinə edilən maliyyə dəstəyinə yeni qadağaların qoyulmasını nəzərdə tutan qanun layihəsini təqdim edib. Büdcə layihəsinə əsasən, İsrailə ayrılacaq vəsaitin 30 gün ərzində köçürülməsi və müasir silah sistemlərinin alınmasına sərf edilməsi planlaşdırılır. Sənəddə Fələstinə göstərilən təhlükəsizlik yardımları üçün sərt şərtlər müəyyən edilib.
Atəşkəsdən sonra İsrailin hücumları nəticəsində 442 fələstinli həyatını itirib
İsrail ordusu əldə olunmuş atəşkəs razılaşmasına məhəl qoymayaraq, Qəzza zolağının müxtəlif nöqtələrinə artilleriya və hava zərbələri endirməkdə davam edir. Yerli mənbələrdən alınan məlumata görə, İsrail ordusuna məxsus hərbi texnikalar Qəzzanın cənubundakı Xan Yunis şəhərinin şərq hissəsini atəşə tutub. Eyni zamanda, Rəfah şəhərinin qərbində yerləşən Mevasi bölgəsinin cənub hissəsi də artilleriya atəşinə məruz qalıb.
ABŞ Qəzzaya yaxın ərazidə hərbi baza quracaq
ABŞ hökumətinin İsrailin Qəzza sərhədinə yaxın ərazidə hərbi baza inşa etməyi planlaşdırdığı bildirilir. ABŞ administrasiyası İsrail hökuməti və Ordusu (IDF) ilə aparılan danışıqlar çərçivəsində layihə təklifi təqdim edib və Qəzza ətrafında potensial yerlərin araşdırılmasına başlanılıb.
ABŞ Qəzzada atəşkəsin davamı üçün Qüdsə nümayəndə göndərib
10 oktyabrdan qüvvədə olan və ABŞ-nin vasitəçiliyi ilə əldə edilmiş Qəzza zolağındakı atəşkəsin davamlılığını təmin etmək ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner İsrail baş naziri Benyamin Netanyahu ilə görüşüb.
Türkiyə olmasaydı, Qəzza atəşkəsi mümkün olmazdı - Tom Barak
ABŞ-nin Türkiyə səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak, Qəzzada əldə olunan atəşkəsi dəyərləndirərək bildirib ki, Türkiyənin iştirakı olmasa, tərəflər razılığa gələ bilməzdi. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp bu səbəbdən Prezident Rəcəb Tayyib Ərdoğana dörd dəfə təşəkkür edib.
Qrossi ölkənin nüvə proqramının sülh məqsədli olduğunu yaxşı bilir - İran XİN
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi İranın nüvə proqramının tamamilə sülh məqsədli xarakter daşıdığını yaxşı bilir. Baqai “Əl-Cəzirə”yə verdiyi müsahibədə qeyd edib ki, Qrossinin əsassız bəyanatları ABŞ və İsrail rejiminin İrana qarşı təcavüzkar hərəkətlərinə zəmin yaradıb. O, ABŞ tərəfindən dəstəklənən İsrailin iyun ayının ortalarında İrana qarşı başladığı hərbi hücuma işarə edib.