4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Ukrayna üzrə vəziyyət iki həftə ərzində aydın olacaq - Tramp

Trampın sözçüsü Kerolin Levitt isə bildirib ki, ABŞ təhlükəsizlik zəmanətlərinin bir hissəsi olaraq Ukraynanı havadan dəstəkləyə bilər. Onun sözlərinə görə, yüksək dəqiqlikli görüntülərin əldə edilməsi üçün ABŞ pilotlarının patrul uçuşları istisna olunmur, lakin əsas diqqət pilotsuz uçuş aparatlarına yönəlib.

22 Avqust 2025 09:32
Ukrayna üzrə vəziyyət iki həftə ərzində aydın olacaq - Tramp

BAKI, AzerVoice, Fərid Mikayılov

ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı vəziyyətin yaxın iki həftə ərzində tam aydın olacağını bəyan edib.

AzerVoice xəbər verir ki, Tramp qeyd edib ki, Vaşinqton bu müddətdən sonra öz siyasətində dəyişikliyə gedə bilər.

“Mən deyərdim ki, iki həftə ərzində bu məsələdə aydınlıq olacaq. Bundan sonra biz, bəlkə də, fərqli yanaşma seçməli olacağıq. Çox tezliklə biləcəyik”- deyə o bildirib

ABŞ lideri xatırladıb ki, avqustun 15-də Alyaskada Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra Ukraynadakı münaqişənin “yetərincə qısa müddətdə” bitə biləcəyinə inandığını bildirib.

Tramp seçki kampaniyası zamanı dəfələrlə münaqişəni 24 saat ərzində bitirə biləcəyini iddia etsə də, sonradan bu bəyanatın “sarkazm” olduğunu və əslində “problemi tez bir zamanda həll etmək istədiyini” vurğulayıb.

Trampın sözçüsü Kerolin Levitt isə bildirib ki, ABŞ təhlükəsizlik zəmanətlərinin bir hissəsi olaraq Ukraynanı havadan dəstəkləyə bilər. Onun sözlərinə görə, yüksək dəqiqlikli görüntülərin əldə edilməsi üçün ABŞ pilotlarının patrul uçuşları istisna olunmur, lakin əsas diqqət pilotsuz uçuş aparatlarına yönəlib.

Bununla yanaşı, Tramp ABŞ qoşunlarının Ukrayna ərazisinə göndərilməyəcəyini bir daha vurğulayıb. O, Fransa və Almaniyanın öz kontingentlərini yerləşdirməklə maraqlandıqlarını, lakin Avropa İttifaqının bir sıra ölkələrinin – Yunanıstan, Polşa və İtaliyanın – bu təklifdən imtina etdiyini qeyd edib.

Hazırda təxminən on ölkə münaqişənin həlli çərçivəsində Ukraynaya hərbi qüvvə göndərməyə hazır olduğunu açıqlayıb.

Məqalədə: #Almaniya #Rusiya #ABŞ #Moskva #Fransa #Avropa İttifaqı (Aİ) #Vladimir Putin #Donald Tramp #İtaliya #Yunanıstan #Ukrayna #Polşa #Kiyev #Vaşinqton #Ukrayna-Rusiya müharibəsi #Ukrayna Rusiya müharibəsində vasitəçi

Mövzu üzrə digər xəbərlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Digər Dövlətlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb

17:41
İran və İordaniya arasında diplomatik gərginlik artır
İordaniya

İran və İordaniya arasında diplomatik gərginlik artır

17:14
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
Suriya Almaniya şirkətlərinin investisiyalarına hazırdır
Suriya

Suriya Almaniya şirkətlərinin investisiyalarına hazırdır

11:31

Son Xəbərlər

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.