14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

BMT Qəzzada tam aclıq vəziyyəti elan edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Qəzzada rəsmi olaraq aclıq elan edildiyini bəyan edərək bunu "bütün dünya üçün rüsvayçılıq" adlandırıb. Quterreş çıxışında bölgədə dərhal atəşkəsin təmin edilməsinin və humanitar yardımın təhlükəsiz şəkildə Qəzzaya çatdırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, İsrailin Qəzza xalqına ərzaq və tibbi ləvazimat tədarükünə icazə verməsi həyati əhəmiyyət kəsb edir. BMT-nin son hesabatına əsasən, Qəzzada 12 mindən çox uşaq qida çatışmazlığından əziyyət çəkir. Ərzaq böhranı nəticəsində ölənlərin sayı 200 nəfəri ötüb, təxminən 1500 hamilə və süd verən qadının isə əlavə qida təminatına ciddi ehtiyacı olduğu bildirilib.

22 Avqust 2025 14:29
BMT Qəzzada tam aclıq vəziyyəti elan edib

BAKI, AzerVoice, Nərmin Ağayeva

BMT-yə bağlı Qida Təhlükəsizliyinin İn­teq­rasiya Olunmuş Faza Təsnifatı (IPC) tərəfindən yayımlanan yeni təhlil Qəzzada yarım milyondan çox insanın artıq aclıq şəraitində yaşadığını, bunun “şiddətli aclıq və qidalanma çatışmazlığından ölüm”lə xarakterizə olunduğunu təsdiqləyib.

AzerVoice xəbər verir ki, bu, Yaxın Şərqdə ilk dəfə rəsmi olaraq aclıq vəziyyətinin təsdiqi hesab olunur.

Hesabata görə, yaxın həftələrdə bu vəziyyət Qəzza şəhərindən Deyr əl-Bələx və Xan Yunisə doğru yayılacaq.

FAO, UNICEF, Ümumdünya Ərzaq Proqramı (WFP) və ÜST birgə bəyanatda vurğulayıblar ki, dərhal atəşkəs və maneəsiz tam humanitar çıxış həyatı xilas etməyin əsas şərtləridir.

Təşkilatlar bildiriblər ki, aclığın qarşısı hər nə bahasına olursa-olsun alınmalıdır, xüsusən də mülki əhalinin fəlakətli durumda olduğu Qəzzada istənilən əlavə hərbi eskalasiya uşaqlar, qadınlar, yaşlılar və köçmə qabiliyyəti olmayan əlillər üçün ağır nəticələr doğuracaq.

Hesabatda qeyd olunur ki, sentyabrın sonuna qədər 640 min nəfərin “aclığın fəlakətli səviyyələri” (IPC 5-ci faza) ilə üzləşəcəyi gözlənilir. 1,14 milyon nəfər 4-cü (təcili) fazada, 396 min nəfər isə 3-cü (böhran) fazasında olacaq.

BMT hesabatına görə, iyul ayının göstəriciləri Qəzzada 12 mindən çox uşağın kəskin qidalanma çatışmazlığı yaşadığını göstərir, bu, ilin əvvəlindən bəri 6 dəfə artım deməkdir. Onların təxminən 25 faizi şiddətli kəskin qidalanma çatışmazlığından (ən təhlükəli və ölümcül formadan) əziyyət çəkir. Hamilə qadınlar arasında həyati təhlükə yaradan qidalanma çatışmazlığı halları mayda 17 min olduğu halda, 2026-nın ortalarına qədər 55 minə çatacağı proqnozlaşdırılır.

“Qəzzada aclıq və qidalanma çatışmazlığı hər gün can alır. Qidaya çıxış lüks deyil, əsas insan haqqıdır”- deyə FAO baş direktoru Şu Doniu deyib.

UNICEF-in icraçı direktoru Ketrin Rassell isə bildirib ki, vəziyyət xüsusilə ağırlaşıb.

“Aclıqla bağlı xəbərdarlıqlar aylarla əvvəl aydın idi. İndi yardımların kəskin artırılması və təhlükəsiz şəraitdə çatdırılması vacibdir. Qəzzada aclıq artıq acı reallıqdır, Deyr əl-Bələx və Xan Yunisdə isə yaxın təhlükədir. Uşaqlar gözümüzün önündə aclıqdan və xəstəlikdən ölür”- deyə o bildirib.

ÜST rəhbəri Tedros Adhanom Qebreyesus da bölgədə humanitar böhranın dərinləşdiyini vurğulayıb.

“Atəşkəs indi həm mənəvi, həm də humanitar borcdur. Sadə xəstəliklər aclıq səbəbindən ölümcül olur; çökmüş səhiyyə sistemi təcili dəstək tələb edir”- deyə Qebreyesus vurğulayıb.

Məqalədə: #Qəzza zolağı #BMT #Antonio Quterreş #aclıq #humanitar yardım #humanitar böhran #Qəzzada aclıq və səfalət #İsrail və Qəzza münaqişəsi #Qəzzada aclıq və resurs çatışmazlığı

Mövzu üzrə digər xəbərlər

İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
İran

İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb

13:27
İraq İranla üç sərhəd-keçid məntəqəsini yenidən açıb
İran

İraq İranla üç sərhəd-keçid məntəqəsini yenidən açıb

11:38
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
Səudiyyə Ərəbistanı

İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi

07:26
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

13 Sentyabr 19:40

Son Xəbərlər

Səudiyyə Ərəbistanında kərkəslər üçün xüsusi yemləmə məntəqələri yaradılacaq
Səudiyyə Ərəbistanında kərkəslər üçün xüsusi yemləmə məntəqələri yaradılacaq
16:03
İordaniyanın Əqəbə şəhərində ammonyak sızması olub, 11 nəfər xəsarət alıb
İordaniyanın Əqəbə şəhərində ammonyak sızması olub, 11 nəfər xəsarət alıb
15:54
Küveyt və Böyük Britaniya media əməkdaşlığını genişləndirir
Küveyt və Böyük Britaniya media əməkdaşlığını genişləndirir
15:36
İordaniya və Fransa hərbi əməkdaşlığı gücləndirir
İordaniya və Fransa hərbi əməkdaşlığı gücləndirir
15:29
Qətər Ərəb Əmək Konfransında rəqəmsal əmək bazarını müzakirə edir
Qətər Ərəb Əmək Konfransında rəqəmsal əmək bazarını müzakirə edir
15:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.