9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Zelenskinin açıq hədələri və şantajı cavabsız qalmayacaq - Orban

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski Budapeşti açıq şəkildə hədələyib və şantaj edib. Baş nazirin sözlərinə görə, Ukraynanın hədə və təzyiqlərlə Aİ-yə üzv olması mümkün deyil. O əlavə edib ki, Zelenskinin sözləri “nəticəsiz qalmayacaq”.

26 Avqust 2025 10:54
Zelenskinin açıq hədələri və şantajı cavabsız qalmayacaq - Orban

BAKI, AzerVoice, Fərid Mikayılov

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski Budapeşti açıq şəkildə hədələyib və şantaj edib.

AzerVoice xəbər verir ki, o, bu davranışın nəticəsiz qalmayacağını vurğulayıb.

“Zelenski açıq şəkildə Macarıstana hədə-qorxu gəldi. O, etiraf etdi ki, biz onların Avropa İttifaqına (Aİ) qoşulmasını dəstəkləmədiyimiz üçün ‘Drujba’ neft kəmərinə zərbələr endirirlər. Bu, bir daha sübut edir ki, biz düzgün qərar vermişik”, – deyə Orban bəyan edib.

Baş nazirin sözlərinə görə, Ukraynanın hədə və təzyiqlərlə Aİ-yə üzv olması mümkün deyil. O əlavə edib ki, Zelenskinin sözləri “nəticəsiz qalmayacaq”.

Baş nazirin ofisinin rəhbəri Gergey Gulyash da Kiyevin davranışını “Aİ namizədinə yaraşmayan” addım kimi qiymətləndirib və Ukraynanın Birliyə qəbulunun “tarixi səhv” olacağını deyib.

O, eyni zamanda Kiyevi “Drujba” neft kəmərinə hücumları dayandırmağa çağırıb.

Macarıstanın xarici işlər naziri Peter Siyarto isə Zelenskini “enerji təhlükəsizliyinə qarşı məsuliyyətsiz hücumlara” son qoymağa səsləyib.

Qeyd edək ki, Ukrayna avqustun 18-dən sonra avqustun 22-də də “Drujba” neft kəmərinə zərbə endirib. Bu boru xətti ilə Rusiya nefti Macarıstana nəql olunur.

Məqalədə: #Avropa İttifaqı (Aİ) #Viktor Orban #Macarıstan #Ukrayna #Zelenski #Volodimir Zelenski #Kiyev #Peter Siyarto #Budapeşt #Orban hökuməti #Drujba neft kəməri

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib

8 Sentyabr 21:07

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.