Macarıstan Aİ-nin Rusiyaya qarşı sanksiyalarına şərt qoydu
Macarıstan Avropa İttifaqının Rusiyaya qarşı 20-ci sanksiyalar paketini dəstəkləmək üçün əsas şərt irəli sürüb. Nazir sosial şəbəkədə yayımladığı müraciətdə qeyd edib ki, Macarıstan öz enerji təhlükəsizliyi maraqlarını nəzərə almadan qəbul edilən qərarları dəstəkləməyəcək. Siyarto vurğulayıb ki, “Drujba” kəməri vasitəsilə Macarıstana neft tədarükü bərpa edilməzsə, Budapeşt Avropa İttifaqının 20-ci sanksiya paketinə razılıq verməyəcək.
Zelenskinin açıq hədələri və şantajı cavabsız qalmayacaq - Orban
Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski Budapeşti açıq şəkildə hədələyib və şantaj edib. Baş nazirin sözlərinə görə, Ukraynanın hədə və təzyiqlərlə Aİ-yə üzv olması mümkün deyil. O əlavə edib ki, Zelenskinin sözləri “nəticəsiz qalmayacaq”.