11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İranın nüvə böhranının həlli üçün qarşıdakı ay həlledici olacaq - Kallas

Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Kaja Kallas bəyan edib ki, qarşıdakı 30 gün İranın nüvə proqramı ətrafında diplomatik həllin tapılması üçün “önəmli fürsət pəncərəsi” açır. O, bildirib ki, Avropa dövlətlərinin sanksiyaları yenidən qüvvəyə gətirmək üçün işə saldıqları mexanizm, diplomatiya üçün yeni imkan yaradır.

29 Avqust 2025 11:19
İranın nüvə böhranının həlli üçün qarşıdakı ay həlledici olacaq - Kallas

BAKI, AzerVoice, Fərid Mikayılov

Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Kaja Kallas bəyan edib ki, qarşıdakı 30 gün İranın nüvə proqramı ətrafında diplomatik həllin tapılması üçün “önəmli fürsət pəncərəsi” açır.

AzerVoice xəbər verir ki, bu barədə Kallas cümə günü jurnalistlərə açıqlamasında bildirib.

O, bildirib ki, Avropa dövlətlərinin sanksiyaları yenidən qüvvəyə gətirmək üçün işə saldıqları mexanizm, diplomatiya üçün yeni imkan yaradır.

“Biz indi yeni mərhələyə daxil oluruq. Qarşıdakı 30 gün bizə həqiqətən də diplomatik yollarla həll tapmaq imkanı verir” – deyə Kallas vurğulayıb.

Fransa, Almaniya və Böyük Britaniya cümə axşamı İranın nüvə proqramı ilə bağlı BMT sanksiyalarını bərpa etmək istiqamətində addım atıblar. Bu proses 2015-ci ildə imzalanmış nüvə sazişində nəzərdə tutulmuş və “snapback” adlandırılan mexanizm vasitəsilə həyata keçirilir.

Diplomatların açıqlamasına görə, prosedur veto imkanını istisna edir və təxminən bir ay ərzində qüvvəyə minə bilər.

Sanksiyaların bərpası ilə Tehranın xaricdəki aktivləri dondurulacaq, silah ticarətinə məhdudiyyətlər qoyulacaq və ballistik raket proqramı ilə bağlı fəaliyyətlərə sərt məhdudiyyətlər tətbiq ediləcək. Bu isə onsuz da ağır iqtisadi böhran yaşayan İran iqtisadiyyatını daha da sıxışdıracaq.

Ekspertlərə görə, 30 günlük müddət ərzində İran tərəfindən diplomatik səylərin intensivləşməsi gözlənilir. Böhran, Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) müfəttişləri ilə əməkdaşlıqdan imtina etməsi ilə başlamışdı.

Məqalədə: #İran #BMT #ABŞ #Avropa İttifaqı (Aİ) #Tehran #Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) #İranın nüvə proqramı #Kaja Kallas

Mövzu üzrə digər xəbərlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
Digər Dövlətlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset

20:41

Son Xəbərlər

Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
22:25
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
21:39
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
21:38
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
21:31
BƏƏ saxlanılan 10 iranlı balıqçını azad edib
BƏƏ saxlanılan 10 iranlı balıqçını azad edib
21:29
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.