9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Almaniya XİN İsraili Qəzzanı işğal etməməyə çağırıb

Almaniyanın xarici işlər naziri Yohan Vadeful bu gün İsraili Qəzza şəhərinə hücum planlarını dayandırmağa çağırıb və bu addımın humanitar vəziyyəti ciddi şəkildə pisləşdirəcəyi barədə xəbərdarlıq edib. Vadeful bu barədə israilli həmkarı Gideon Saar ilə telefon danışığından sonra “X” sosial şəbəkəsində paylaşım edib. O, Qəzza zolağına daha çox humanitar yardımın çatdırılmasının zəruriliyini vurğulayıb və Almaniyanın daimi sülh üçün iki dövlətli həll prinsipinə sadiq qaldığını qeyd edib.

4 Sentyabr 2025 20:24
Almaniya XİN İsraili Qəzzanı işğal etməməyə çağırıb

BAKI, AzerVoice, Səməd Əyyubov

Almaniyanın xarici işlər naziri Yohan Vadeful bu gün İsraili Qəzza şəhərinə hücum planlarını dayandırmağa çağırıb və bu addımın humanitar vəziyyəti ciddi şəkildə pisləşdirəcəyi barədə xəbərdarlıq edib.

AzerVoice xəbər verir ki, Vadeful bu barədə israilli həmkarı Gideon Saar ilə telefon danışığından sonra “X” sosial şəbəkəsində paylaşım edib.

O, Qəzza zolağına daha çox humanitar yardımın çatdırılmasının zəruriliyini vurğulayıb və Almaniyanın daimi sülh üçün iki dövlətli həll prinsipinə sadiq qaldığını qeyd edib.

Alman nazir həmçinin ölkəsinin İsrailin İordan çayının qərb sahilində torpaqları ilhaq etmək planlarına qarşı olduğunu bildirib.

Xatırladaq ki, İsrail ordusu Qəzza zolağında yanvarın 19-da qüvvəyə minmiş atəşkəsdən sonra, martın 18-də səhər saatlarında yenidən intensiv hücumlara başlayıb.

İsrailin 2023-cü il oktyabrın 7-dən bəri Qəzzaya təşkil etdiyi hücumlarda azı 63 min 746 fələstinli həlak olub, 161 min 245 nəfər yaralanıb. Atəşkəsin pozulduğu 18 mart tarixindən etibarən isə İsrailin hücumları nəticəsində 11 min 615 nəfər həyatını itirib, 49 min 204 nəfər yaralanıb.

Bundan əlavə, 27 may tarixindən bəri ABŞ və İsrailin dəstəyi ilə qurulan “Qəzza Humanitar Yardım Fondu”nun paylama məntəqələrində baş verən hücumlarda ən azı 2 min 339 fələstinli öldürülüb, 17 min 70 nəfər yaralanıb.

Hazırda İsrail ordusu Qəzza zolağında işğalı genişləndirməyi və qalıcı hala gətirməyi hədəfləyən yeni hücum planını icra edir. Baş nazir Benyamin Netanyahunun açıqlamasına görə, məqsəd Qəzzanın tam işğalıdır.

Məqalədə: #Qəzza #İsrail #Benyamin Netanyahu #Fələstin #Almaniya #Qəzza zolağı #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzza böhranı və Qərbin mövqeyi #Yoxan Vadeful

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib

8 Sentyabr 21:07

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.