Türkiyə və Almaniya xarici işlər nazirləri sabah İstanbulda görüşəcək
Almaniyanın xarici işlər naziri Yohan Vadeful sabah Türkiyəyə rəsmi səfər edərək həmkarı Hakan Fidan ilə görüşəcək. Görüşün əsas gündəmini iki ölkə arasındakı 60 milyard dollarlıq ticarət dövriyyəsi hədəfi və 18 mayda Berlində keçiriləcək "Türkiyə-Almaniya Strateji Dialoq Mexanizmi"nin üçüncü iclasına hazırlıq işləri təşkil edəcək. Nazir Fidanın müdafiə sənayesi sahəsində əməkdaşlıq və iqtisadi mexanizmlərin gücləndirilməsi məsələlərini xüsusi vurğulayacağı gözlənilir.
Almaniya XİN İsraili Qəzzanı işğal etməməyə çağırıb
Almaniyanın xarici işlər naziri Yohan Vadeful bu gün İsraili Qəzza şəhərinə hücum planlarını dayandırmağa çağırıb və bu addımın humanitar vəziyyəti ciddi şəkildə pisləşdirəcəyi barədə xəbərdarlıq edib. Vadeful bu barədə israilli həmkarı Gideon Saar ilə telefon danışığından sonra “X” sosial şəbəkəsində paylaşım edib. O, Qəzza zolağına daha çox humanitar yardımın çatdırılmasının zəruriliyini vurğulayıb və Almaniyanın daimi sülh üçün iki dövlətli həll prinsipinə sadiq qaldığını qeyd edib.
Almanlar İrana endirilən zərbələrin zəruri olduğunu qəbul etməlidirlər - Vadeful
Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Yoxann Vadeful bəyan edib ki, ölkəsi İran ətrafında baş verən hadisələrlə bağlı ABŞ və İsrailin malik olduğu bütün kəşfiyyat məlumatlarına sahib deyil və bu səbəbdən onların İrana qarşı zərbələr endirməsini zəruri hesab etmələrinə hörmətlə yanaşmalıdır.
Baltik dənizi bölgəsində hərbi böhran mümkündür - Almaniya XİN
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Baltik dənizi regionunda hərbi qarşıdurma təhlükəsinin real olduğunu hesab edir.