8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Aİ Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini müzakirə edir

23 May 2025 18:25
Aİ Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini müzakirə edir

BAKI, AzerVoice

Avropa İttifaqı (Aİ) hazırda Rusiya ilə bağlı yeni sanksiyaları, o cümlədən enerji sahəsində neftə qiymət tavanının azaldılması imkanını müzakirə edir.

AzerVoice-un məlumatına görə, bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirib.

"Hal-hazırda biz Avropa İttifaqında tərəfdaşlarımızla birlikdə Rusiyaya qarşı əlavə sanksiyaları müzakirə edirik. Bu zaman enerji sektoruna xüsusi diqqət yetiririk və Rusiya neftinə tətbiq olunan qiymət tavanının azaldılması imkanını da nəzərdən keçirəcəyik. Məqsədimiz tamamilə aydındır, biz Rusiyanın hərbi büdcəsini artırmaq istəmirik" - deyə, Vadeful bildirib.

Xatırladaq ki, Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Aİ-nin Rusiyaya qarşı 18-ci sanksiya paketini hazırladığını və bu paketə neftə dair tədbirlər, qiymət tavanının azaldılması, “kölgə donanması”na qarşı yeni məhdudiyyətlərin daxil olacağını bildirmişdi.

Həmçinin onu qeyd edək ki, Aİ ölkələri bu həftə Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləyiblər. Bu paket çərçivəsində 17 nəfər və 58 təşkilat, həmçinin Rusiyadan neft və neft məhsulları daşıyan və qiymət tavanı məhdudiyyətlərini nəzərə almayan 189 tanker qara siyahıya salınıb.

Məqalədə: #Almaniya #Rusiya #Avropa İttifaqı (Aİ) #Ursula fon der Lyayen #sanksiyalar paketi #Avropa Komissiyası (AK) #Yoxan Vadeful

Mövzu üzrə digər xəbərlər

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
Texnologiya

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib

7 Sentyabr 22:28
Almaniya Qəzzaya görə Beynəlxalq Ədalət Məhkəməsində ittiham olunur
Digər Dövlətlər

Almaniya Qəzzaya görə Beynəlxalq Ədalət Məhkəməsində ittiham olunur

7 Sentyabr 19:13
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
BƏƏ

BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir

7 Sentyabr 14:22
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir

7 Sentyabr 09:21

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.