10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Almaniya XİN-dən İsrailə xəbərdarlıq

30 May 2025 22:51
Almaniya XİN-dən İsrailə xəbərdarlıq

BAKI, AzerVoice

Alman hökuməti İsrailə qarşı mövqeyini dəyişib və gələcəkdə siyasi fəaliyyətləri də dəyişə bilər.

AzerVoice xəbər verir ki, bu fikri Almaniya Xarici İşlər Naziri Yohann Vadeful səsləndirib.

Vadeful İsrail hökumətinin bəzi davranışlarının tənqid edilməli olduğunu bildirib və Almaniya kansleri Fridrix Merslə birlikdə bu mövzuda açıq danışdıqlarını vurğulayıb.

Almaniya hökumətinin Qəzza ilə bağlı mövqeyindəki dəyişikliyi izah edən Vadeful, bölgəyə həftələrlə humanitar yardımın daxil olmasına icazə verilməməsini əsas gətirib.

O, Almaniya hökuməti adından İsrail hökumətindən bu vəziyyəti düzəltməsini istədiyini və yeni planlaşdırılan yardım paylanma sistemini böhrandan çıxış üçün praqmatik yol kimi qəbul etməyə belə hazır olduğunu bildirib. Lakin təxminən üç həftə sonra bu sistemin işləmədiyini və gələn yardımların yalnız “isti daşın üzərində bir damla” kimi qaldığını etiraf edib.

“Bu, əsas insan hüquqları ilə əlaqədardır. İlk olaraq xəstələr və uşaqlar ölür. Nəticə etibarilə bu məsələyə baxışımızı dəyişdirdik və növbəti mərhələdə yəqin ki, siyasi fəaliyyətlərimizi də dəyişəcəyik,” deyə, nazir qeyd edib.

“Bu məsələnin necə olacağını indi dəqiq deyə bilmirəm. İsrail hökumətinin indi siyasətini dəyişmək üçün şansı var” - deyə, o əlavə edib.

Vadeful Almaniyanın İsrailə silah satışı məsələsinin Federal Təhlükəsizlik Şurasında müzakirə edildiyi üçün ictimaiyyətə açıqlanmadığını bildirib

“Prinsipcə, İsrailin Almaniyadan silah aldığı bəllidir. Bu həmişə belə olub. İsrail Husilər, Hizbullah və İran tərəfindən müxtəlif ciddi təhlükələrlə üzləşir və özünü müdafiə edə bilməlidir, o cümlədən alman silah sistemləri ilə”, - o qeyd edib.

Vadeful, Qəzza zolağında baş verənlərin beynəlxalq humanitar hüquqa uyğun olub-olmaması məsələsinə də toxunub.

“Biz bunu araşdırırıq və əgər lazım olsa, bu təhlilə əsaslanaraq əlavə silah tədarükünə icazə verəcəyik" - deyə, o bildirib.

İsrailin təhlükəsizliyinin Almaniya üçün dövlət prinsipi olaraq qalacağı ilə bağlı suala Vadeful belə cavab verib: “Bəli, çünki yəhudilərin öz dövlətlərində təhlükəsiz hiss edə biləcəkləri yeganə yurd buradır. Biz İsrail dövlətinin maraqlarını müdafiə edirik, lakin bu, əlbəttə ki, bir hökumətin istədiyini edə biləcəyi anlamına gəlmir”

Məqalədə: #İsrail #Almaniya #Qəzza zolağı #Almaniya XİN #Yoxan Vadeful

Mövzu üzrə digər xəbərlər

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

9 Sentyabr 21:09
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51

Son Xəbərlər

Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
08:03
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.