14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İran Ərəb Liqasının iddialarını rədd edib

İran Xarici İşlər Nazirliyi Ərəb Liqasının xarici işlər nazirlərinin yekun bəyanatında yer alan Əbu Musa, Böyük Tonb və Kiçik Tonb adaları ilə bağlı irəli sürülən iddiaları rədd edərək, onların “əsassız və yalan” olduğunu bəyan edib. İran, Ərəb Liqasının İsrailin Qəzzada həyata keçirdiyi soyqırımı pisləməsini alqışlayaraq, təşkilatı İslam-Ərəb həmrəyliyini möhkəmləndirməyə və diqqəti əsas məsələdən – İsrailin regiondakı işğal və cinayətlərindən yayındıracaq addımlardan çəkinməyə çağırıb.

9 Sentyabr 2025 12:12
İran Ərəb Liqasının iddialarını rədd edib

BAKI,AzerVoice, Fərid Mikayılov

İran Xarici İşlər Nazirliyi Ərəb Liqasının xarici işlər nazirlərinin yekun bəyanatında yer alan Əbu Musa, Böyük Tonb və Kiçik Tonb adaları ilə bağlı irəli sürülən iddiaları rədd edərək, onların “əsassız və yalan” olduğunu bəyan edib.

AzerVoice xəbər verir ki, nazirliyin açıqlamasında qeyd olunub ki, bu adalarla bağlı təkrarlanan əsassız iddialar onların coğrafi, tarixi və hüquqi reallığını dəyişməyəcək.

“İranın bu adalarda həyata keçirdiyi bütün tədbirlər ölkənin suveren hüquqları, təhlükəsizliyi və milli maraqlarının qorunması çərçivəsindədir”- deyə nazirlikdən bildirilib.

İran, Ərəb Liqasının İsrailin Qəzzada həyata keçirdiyi soyqırımı pisləməsini alqışlayaraq, təşkilatı İslam-Ərəb həmrəyliyini möhkəmləndirməyə və diqqəti əsas məsələdən – İsrailin regiondakı işğal və cinayətlərindən yayındıracaq addımlardan çəkinməyə çağırıb.

Açıqlamada həmçinin, İranın Yəmənə hərbi yüklər göndərməsi və daxili işlərinə qarışması ilə bağlı iddialar qəti şəkildə təkzib olunub.

“Bu cür uydurma iddialar əsasən Sionist rejim tərəfindən irəli sürülür və İslam ümmətinin maraqlarına xidmət etmir. Halbuki İsrail işğal olunmuş Fələstində soyqırım törətməkdə, Suriya və Livanda təcavüzkar siyasət aparmaqda və Yəmənə hücumlar təşkil etməkdədir. Bütün bunlar ABŞ-ın tam dəstəyi ilə həyata keçirilir”- deyə bəyənatda qeyd olunub.

Regional əməkdaşlığa çağırış

İran Xarici İşlər Nazirliyi bir daha ölkənin yaxşı qonşuluq siyasətinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətə, daxili işlərə qarışmama prinsipinə sadiqliyini xatırladıb.

Bəyanatda vurğulanıb ki, Qərbi Asiyada, Fars körfəzində və Oman dənizində uzunmüddətli sabitlik və təhlükəsizlik yalnız regional ölkələrin iştirakı ilə, xarici güclərin dağıdıcı müdaxiləsindən kənar şəkildə təmin oluna bilər.

Məqalədə: #Qəzza #İsrail #İran #Fələstin #Ərəb Liqası #Oman #Ərəb ölkələri #İran XİN #Fars körfəzi #Fars körfəzi mübahisəsi #İran və Qərbi Asiyada güc balansı

Mövzu üzrə digər xəbərlər

İraq İranla üç sərhəd-keçid məntəqəsini yenidən açıb
İran

İraq İranla üç sərhəd-keçid məntəqəsini yenidən açıb

11:38
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
Səudiyyə Ərəbistanı

İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi

07:26
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

13 Sentyabr 19:40
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran

İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb

13 Sentyabr 18:27

Son Xəbərlər

İraq İranla üç sərhəd-keçid məntəqəsini yenidən açıb
İraq İranla üç sərhəd-keçid məntəqəsini yenidən açıb
11:38
Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək
Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək
11:33
İraq “Şevron”la Qərbi Qurna-2 yatağına dair müqavilə imzalayıb
İraq “Şevron”la Qərbi Qurna-2 yatağına dair müqavilə imzalayıb
11:20
İordaniya və Fələstin əmək bazarında əməkdaşlığı genişləndirir
İordaniya və Fələstin əmək bazarında əməkdaşlığı genişləndirir
11:17
İraq qırıcıları Diyalada İŞİD sığınacağını məhv edib
İraq qırıcıları Diyalada İŞİD sığınacağını məhv edib
11:08
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.