10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Qərb danışıqları İranın raket gücünü zəiflətmək üçün alətə çevirib - Qalibaf

Qalibaf sosial şəbəkədə paylaşdığı açıqlamada Avropa ölkələrinin “snapback mexanizmini” işə salaraq BMT Təhlükəsizlik Şurasının (TŞ) ləğv olunmuş qətnamələrini bərpa etmək cəhdinə münasibət bildirib və bu addımı “qanunsuz” adlandırıb.

29 Sentyabr 2025 12:45
Qərb danışıqları İranın raket gücünü zəiflətmək üçün alətə çevirib - Qalibaf

BAKI,AzerVoice, Fərid Mikayılov

İran Parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf bəyan edib ki, Qərb dövlətləri danışıqlardan İslam Respublikasına təzyiqləri artırmaq və İranın raket imkanlarını məhdudlaşdırmaq üçün sui-istifadə edirlər.

AzerVoice xəbər verir ki, Qalibaf sosial şəbəkədə paylaşdığı açıqlamada Avropa ölkələrinin “snapback mexanizmini” işə salaraq BMT Təhlükəsizlik Şurasının (TŞ) ləğv olunmuş qətnamələrini bərpa etmək cəhdinə münasibət bildirib və bu addımı “qanunsuz” adlandırıb.

Parlament spikeri vurğulayıb ki, Rusiya və Çin kimi TŞ-nin daimi üzvləri bu addımı açıq şəkildə qanunsuz hesab etdiyinə görə, heç bir ölkə belə qətnamələrə əməl etməyə borclu deyil. O əlavə edib ki, İran da bu “qanunsuz” qərarları, o cümlədən uranın zənginləşdirilməsinin dayandırılmasını qəbul etməyəcək.

Qalibaf qeyd edib ki, bu qətnamələrdə göstərilən sanksiyaların təsiri, ABŞ-ın artıq tətbiq etdiyi məhdudiyyətlərlə müqayisədə çox azdır və onların icrası ciddi hüquqi maneələrlə üzləşir.

O xəbərdarlıq edib ki, əgər hər hansı ölkə bu qətnamələr əsasında İrana qarşı addım atarsa, Tehran “ciddi qarşı tədbirlər” görəcək.

Qalibafın sözlərinə görə, Avropa ölkələrinin israrla “snapback” mexanizminə əl atması iki mühüm reallığı üzə çıxarır:

Qərb üçün danışıqlar sadəcə İranın raket gücünü zəiflətmək məqsədi daşıyan aldadıcı vasitədir.

İkinci olaraq, Qalibaf vurğulayıb ki, İranın milli təhlükəsizliyinin yeganə təminatı ölkənin öz gücüdür.

Məqalədə: #İran #BMT #ABŞ #Tehran #Vaşinqton #BMT Təhlükəsizlik Şurası #Məhəmməd Baqir Qalibaf #BMT Təhlükəsizlik Şurası və İran #İran parlamenti #Snapback Mechanism

Mövzu üzrə digər xəbərlər

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

9 Sentyabr 21:09
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.