9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Kolumbiya Prezidenti Trampı Qəzza münaqişəsinə görə ittiham edib

Kolumbiya Prezidenti Qustavo Petro ABŞ prezidenti Donald Trampı Qəzzadakı qırğınlarda iştirakına görə ittiham edib. Petro jurnalistlərə açıqlamasında Roma Statutuna istinad edərək qeyd edib ki, insanlığa qarşı cinayətlərə görə beynəlxalq hüquq çərçivəsində istənilən şəxs məsuliyyət daşıya bilər.

1 Oktyabr 2025 12:40
Kolumbiya Prezidenti Trampı Qəzza münaqişəsinə görə ittiham edib

BAKI,AzerVoice, Fərid Mikayılov

Kolumbiya Prezidenti Qustavo Petro ABŞ prezidenti Donald Trampı Qəzzadakı qırğınlarda iştirakına görə ittiham edib.

AzerVoice xəbər verir ki, Petro jurnalistlərə açıqlamasında Roma Statutuna istinad edərək qeyd edib ki, insanlığa qarşı cinayətlərə görə beynəlxalq hüquq çərçivəsində istənilən şəxs məsuliyyət daşıya bilər.

“Əgər Tramp bu günə qədər olduğu kimi qırğınlarda şərik olaraq qalırsa, həbsdən başqa heç nəyi haqq etmir. ABŞ ordusu da belə hallarda ona itaət etməməlidir”- deyə o bildirib.

Petro daha öncə BMT Baş Assambleyasındakı çıxışında və Nyu-Yorkdakı mitinqdə də oxşar çağırışlar etmişdi. O, Fələstinin azad edilməsi üçün BMT mandatı altında “qlobal ordu”nun yaradılmasını təklif edib.

“Biz güclü bir orduya ehtiyac duyuruq – İsrail ordusundan da, ABŞ ordusundan da güclü. İlk missiyası isə Qəzzanın azad olunması olmalıdır”- deyə Petro vurğulayıb.

Petro xatırladıb ki, ABŞ və İsrail Roma Statutunun tərəfi olmasa da, Kolumbiya bu müqaviləyə qoşulub. Onun sözlərinə görə, Roma Statutu müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və beynəlxalq cinayətləri müəyyən edir. Bu çərçivədə təqsirləndirilən şəxslər istənilən ölkədə saxlanıla bilər.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #BMT #ABŞ #Donald Tramp #Kolumbiya #Qustavo Petro #Qəzza münaqişəsi #BMT Baş Assambleyası

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib

8 Sentyabr 21:07

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.