12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İran Avropa İttifaqı səfirlərini Tehrana çağırıb

İran Xarici İşlər Nazirliyi Avropa İttifaqı (Aİ) ölkələrinin səfirlərini Tehrana çağıraraq blokun Fars körfəzi regionuna dair “qarışan mövqeyinə” və ölkənin müdafiə proqramı ilə bağlı səsləndirilən iddialara etiraz edib. İranın siyasi işlər üzrə xarici işlər nazir müavini Məcid Taxt-e Rəvançi, səfirlərlə görüş zamanı Aİ və Fars Körfəzi Əməkdaşlıq Şurasının (GCC) son bəyanatında yer alan ifadələrin ölkənin ərazi bütövlüyünə və suverenliyinə zidd olduğunu bildirib.

8 Oktyabr 2025 12:34
İran Avropa İttifaqı səfirlərini Tehrana çağırıb

BAKI,AzerVoice, Fərid Mikayılov

İran Xarici İşlər Nazirliyi Avropa İttifaqı (Aİ) ölkələrinin səfirlərini Tehrana çağıraraq blokun Fars körfəzi regionuna dair “qarışan mövqeyinə” və ölkənin müdafiə proqramı ilə bağlı səsləndirilən iddialara etiraz edib.

AzerVoice xəbər verir ki, İranın siyasi işlər üzrə xarici işlər nazir müavini Məcid Taxt-e Rəvançi, səfirlərlə görüş zamanı Aİ və Fars Körfəzi Əməkdaşlıq Şurasının (GCC) son bəyanatında yer alan ifadələrin ölkənin ərazi bütövlüyünə və suverenliyinə zidd olduğunu bildirib.

Görüşdə Rəvançi, Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adalarının İranın mübahisəsiz və əbədi suverenliyinə daxil olduğunu vurğulayıb.

O, Avropa İttifaqının Birləşmiş Ərəb Əmirliklərinin əsassız ərazi iddialarına dəstəyini “milli suverenlik prinsiplərinin pozulması” kimi qiymətləndirib və blokun “siyasi və qərəzli mövqeyini” kəskin tənqid edib.

Nazir müavini həmçinin İranın raket və müdafiə proqramı ilə bağlı səsləndirilən iddiaları “daxili işlərə müdaxilə” adlandıraraq rədd edib.

“İranın müdafiə qabiliyyətləri, o cümlədən raket proqramı, özünümüdafiə hüququnun təbii hissəsidir və regional təhlükəsizliyə töhfə verir” - deyə Rəvançi bildirib.

Rəvançi həmçinin Böyük Britaniya, Fransa və Almaniyanın (E3) BMT Təhlükəsizlik Şurasının sanksiyalarını “snapback” mexanizmi vasitəsilə yenidən tətbiq etmək təşəbbüsünü tənqid edib.

O qeyd edib ki, Aİ JCPOA-nın (Birgə Hərtərəfli Fəaliyyət Planı) birgə komissiyasının koordinatoru kimi öz öhdəliklərini yerinə yetirməyib və diplomatik prosesi əngəlləyib.

Məqalədə: #İran #Almaniya #Fransa #Böyük Britaniya #Avropa İttifaqı #İran XİN #JCPOA #JCPOA razılaşması #Snapback

Mövzu üzrə digər xəbərlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

11 Sentyabr 20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
Digər Dövlətlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset

11 Sentyabr 20:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.