4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Bayden İsrailin hüquq pozuntuları ilə bağlı məlumatları görməzlikdən gəlib

ABŞ-ın sabiq prezidenti Co Bayden 2024-cü ilin sonunda Qəzza müharibəsi ilə bağlı təqdim olunan kəşfiyyat məlumatlarında İsrailin beynəlxalq və ABŞ qanunlarını pozduğu ehtimalı barədə ciddi xəbərdarlıqlar alıb, lakin bu məlumatlara baxmayaraq, administrasiya İsrailə dəstəyi məhdudlaşdırmaq təkliflərini rədd edib.

8 Noyabr 2025 21:00
Bayden İsrailin hüquq pozuntuları ilə bağlı məlumatları görməzlikdən gəlib

BAKI, AzerVoice, Orxan Qədirzadə

ABŞ-ın sabiq prezidenti Co Bayden 2024-cü ilin sonunda Qəzza müharibəsi ilə bağlı təqdim olunan kəşfiyyat məlumatlarında İsrailin beynəlxalq və ABŞ qanunlarını pozduğu ehtimalı barədə ciddi xəbərdarlıqlar alıb, lakin bu məlumatlara baxmayaraq, administrasiya İsrailə dəstəyi məhdudlaşdırmaq təkliflərini rədd edib. AzerVoice xəbər verir ki, bu barədə HuffPost üç keçmiş ABŞ rəsmisinə istinadən yazıb.

Məlumata görə, kəşfiyyat sənədləri İsrail rəsmilərinin özləri arasında apardıqları müzakirələrə əsaslanırdı və onların genişmiqyaslı hücumlar və humanitar yardıma məhdudiyyətlərin qanunsuz sayıla biləcəyini etiraf etdiyini göstərirdi. Məsələ o qədər ciddi hesab olunub ki, Baydenin iştirakı ilə hökumətlərarası təcili iclas keçirilib.

Rəsmilər bildirib ki, Ağ Ev İsraillə kəşfiyyat məlumatlarının paylaşılmasını dayandırmaq seçimini müzakirə etsə də, heç bir qərar qəbul edilməyib. Dövlət Departamentinin bəzi əməkdaşları xəbərdarlıq ediblər ki, bu məlumatlar fonunda İsrailə hərbi dəstəyin davamı ABŞ-ın “qanunu bilərəkdən pozması” demək ola bilər, lakin rəhbərlik rəsmi mövqe tutmaqdan yayınmışdı.

Sənədlər Bayden administrasiyasında həm humanitar, həm də hüquqi narahatlıq doğurub, lakin prezidentlik müddətinin sonuna yaxın Ağ Ev Qəzza siyasətini dəyişməyə cəsarət etməyib.

Məqalədə: #Qəzza zolağı #ABŞ #Co Bayden #Binyamin Netanyahu #Yaxın Şərq münaqişəsi #Qəzza münaqişəsi #Humanitar fəlakət Qəzza #Qəzzada humanitar böhran #ABŞ-ın Yaxın Şərq siyasəti #Co Bayden İsrail münasibətləri #Co Bayden Netanyahu münasibətləri #HuffPost

Mövzu üzrə digər xəbərlər

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
Yaxın Şərq

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb

17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Digər Dövlətlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb

17:41
İran və İordaniya arasında diplomatik gərginlik artır
İordaniya

İran və İordaniya arasında diplomatik gərginlik artır

17:14
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45

Son Xəbərlər

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
18:03
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.