12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrail hücumunda 760 illik tarixi müzey dağıdılıb

İsrail ordusunun Qəzzədəki 760 illik Paşa Sarayı Müzeyinə qarşı həyata keçirdiyi hücumun təfərrüatları ortaya çıxıb. UNESCO tərəfindən qorunan, Osmanlı valilərinin iqamətgahı və Napolyonun qaldığı tarixi abidə olan Paşa Sarayı Müzeyinin bombalanmasının ardından, içərisindəki nadir eksponatların da talan edildiyi bildirilir.

18 Noyabr 2025 19:08
İsrail hücumunda 760 illik tarixi müzey dağıdılıb

BAKI,AzerVoice, Orxan Qədirzadə

İsrail ordusunun Qəzzədəki 760 illik Paşa Sarayı Müzeyinə qarşı həyata keçirdiyi hücumun təfərrüatları ortaya çıxıb. AzerVoice xəbər verir ki, UNESCO tərəfindən qorunan, Osmanlı valilərinin iqamətgahı və Napolyonun qaldığı tarixi abidə olan Paşa Sarayı Müzeyinin bombalanmasının ardından, içərisindəki nadir eksponatların da talan edildiyi bildirilir.

Fələstin mətbuatının və Qüds xəbər agentliyinin yaydığı məlumata görə, müzeyin restorasiya işlərinə rəhbərlik edən Dr. Hamudə Əl-Daxtar, İsrail ordusunun muzeydəki 17 mindən artıq tarixi əsəri ya məhv etdiyini, ya da götürüb apardığını açıqlayıb. Onun sözlərinə görə, müzeydə Məmlük, Osmanlı, Bizans, Roma və hətta eradan əvvəlki dövrlərə aid nadir eksponatlar mövcud olub.

“İsrail təkcə muzeyi bombalamayıb, həm də Qəzzənin mədəni və tarixi yaddaşını silməyə çalışıb,” – deyə Əl-Daxtar əlavə edib. Dağıntılar altında aparılan axtarış-təhlil işləri nəticəsində cəmi 20 artefaktın tapılması, qarət və dağıntının miqyasını göz önünə sərir.

UNESCO-ya görə, Qəzzada müharibə başlayandan bəri 114-dən çox tarix və mədəniyyət abidəsi məhv edilib. Fələstin Mədəniyyət Nazirliyinin məlumatına əsasən isə bu rəqəm 226-dır. Bunların arasında Paşa Sarayı Müzeyi də xüsusi əhəmiyyət daşıyırdı.

1260-cı ildə Məmlük Sultanı Zahir Baybars tərəfindən tikilmiş Paşa Sarayı, daha sonra Osmanlı idarəçiləri və Rıdvan ailəsinin iqamətgahı kimi istifadə olunub. 2010-cu ildə muzeyə çevrilən və 2015-ci ildə əslinə uyğun bərpa edilən bu saray, Qəzzənin ən önəmli tarixi mərkəzlərindən biri idi. Memarlıq baxımından da Roma, Bizans və İslam təsirlərinin sintezini daşıyan nadir nümunə sayılırdı.

İsrail ordusunun 2023-cü ilin dekabrında həyata keçirdiyi hava hücumu nəticəsində saray tamamilə dağıdılıb. Fələstinli rəsmilərə görə, bu, təkcə hərbi əməliyyat deyildi – Qəzzənin tarixi kimliyini silmək məqsədi daşıyan sistematik mədəniyyət soyqırımı idi.

Məqalədə: #Fələstin #UNESCO #Roma #Bizans #Qəzzada dağıdılan tarixi abidələr #İsrailin dağıtdığı tarixi abidələr #760 illik Paşa Sarayı Müzeyi #Napolyon #Qüds xəbər agentliyi #Məmlük #Osmanlı #Dr. Hamudə Əl-Daxtar

Mövzu üzrə digər xəbərlər

Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi
Yəmən

Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi

16:25
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq

İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb

13:09
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12:53
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39

Son Xəbərlər

Quranda 800-dən çox ayə nəyi əmr edir?
Quranda 800-dən çox ayə nəyi əmr edir?
16:44
Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi
Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi
16:25
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
13:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.