9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

10 qətərli CEO Forbesin Top 100 CEO siyahısına daxil edilib

Qətərdə fəaliyyət göstərən on yüksək vəzifəli CEO Forbes Middle East jurnalının açıqladığı “Yaxın Şərqin Top 100 CEO-su” siyahısına daxil edilib.

18 Noyabr 2025 23:42
10 qətərli CEO Forbesin Top 100 CEO siyahısına daxil edilib

BAKI, AzerVoice, Orxan Qədirzadə

Qətərdə fəaliyyət göstərən on yüksək vəzifəli CEO Forbes Middle East jurnalının açıqladığı “Yaxın Şərqin Top 100 CEO-su” siyahısına daxil edilib.

AzerVoice xəbər verir ki, 18 noyabr 2025-ci il tarixində dərc olunan beşinci illik reytinq bölgənin innovasiya, iqtisadi diversifikasiya və qlobal rəqabət qabiliyyəti istiqamətində irəliləyişinə rəhbərlik edən şəxsləri əhatə edir. Forbes Middle East açıqlamasında bildirib ki, bu nəşrdə regionun inkişafına rəhbərlik edən edən CEO-lar yer alıb və siyahıda BƏƏ və bank sektorunun nümayəndələri üstünlük təşkil edir.

Məlumata əsasən, Qətər Enerji İşləri üzrə Dövlət Naziri və QatarEnergy-nin Prezidenti və İcraçı Direktoru Səad Şeridə əl-Kaabi siyahıda 5-ci, QNB Grupun baş direktoru Abdullah Mübarək əl-Xəlifə isə 9-cu yerdə qərarlaşıb.

Siyahıda yer alan digər qətərli rəhbərlər bunlardır:

Ooredoo Group CEO-su Aziz Alutman Faxru-38-ci yer

Doha Bank Group CEO-su Əbdülrəhman bin Fəhad Al Tani - 58-ci yer

Qatar Financial Centre CEO-su Yusuf əl-Caidə - 62-ci yer

Qatar Islamic Bank Group CEO-su Basel Qamal - 64-cü yer

Qatar Insurance Group CEO-su Salim əl-Mannai - 68-ci yer

Qatar Gas Transport Company (Nakilat) CEO-su Abdullah əl-Sülaiti - 75-ci yer

Qatar Free Zones Authority CEO-su Məhəmməd bin Həməd bin Faysal Al Tani - 81-ci yer

Al Rayyan Tourism Investment Company CEO-su və MD-si Tarek M. əl-Seyid - 84-cü yer

Forbes Middle East qeyd edib ki, qiymətləndirmə CEO-ların regiona, ölkələrinə və xidmət göstərdikləri bazarlara təsiri, onların təcrübəsi və rəhbərlik müddəti, şirkətlərin həcmi, son bir ildə əldə olunan nailiyyətlər və yeniliklər əsasında aparılıb.

2025-ci il siyahısında ümumilikdə 18 müxtəlif millətdən olan CEO-lar yer alıb və bank-maliyyə sektoru üstünlük təşkil edib.

Məqalədə: #BƏƏ #Qətər #Forbes Middle East #QatarEnergy #Yaxın Şərqin Top 100 CEO-su #Qətər Enerji İşləri üzrə Dövlət Naziri #Səad Şeridə əl-Kaabi #QNB Grup #Abdullah Mübarək əl-Xəlifə #Ooredoo Group #Aziz Alutman Faxru #Doha Bank Group #Əbdülrəhman bin Fəhad Al Tani #Qatar Financial Centre #Yusuf əl-Caidə #Qatar Islamic Bank Group #Basel Qamal #Qatar Insurance Group #Salim əl-Mannai #Qatar Gas Transport Company (Nakilat) #Abdullah əl-Sülaiti #Qatar Free Zones Authority #Məhəmməd bin Həməd bin Faysal Al Tani #Al Rayyan Tourism Investment Company #Tarek M. əl-Seyid

Mövzu üzrə digər xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

11:20
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25

Son Xəbərlər

Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
15:21
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.