9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Pakistan - Əfqanıstan sərhədində yenidən gərginlik yaranıb

Əfqanıstan rəsmiləri Spin Boldak rayonunda Pakistan qüvvələri ilə baş verən ağır atışma nəticəsində 4 mülki şəxsin öldüyünü açıqlayıb. Əfqanıstan Taliblərinin sözçüsü Zəbihullah Mücahid sosial şəbəkədə bildirib ki, Pakistan qüvvələri Spin Boldak istiqamətində hücuma keçib və buna cavab olaraq əfqan qüvvələri atəş açıb.

6 Dekabr 2025 13:05
Pakistan - Əfqanıstan sərhədində yenidən gərginlik yaranıb

BAKI, AzerVoice, Fərid Mikayılov

Əfqanıstan rəsmiləri Spin Boldak rayonunda Pakistan qüvvələri ilə baş verən ağır atışma nəticəsində 4 mülki şəxsin öldüyünü açıqlayıb.

AzerVoice xəbər verir ki, hadisə cümə günü gecə saatlarında baş verib. Hər iki tərəf atəşi bir-birinin başladığını iddia edir.

Əfqanıstan Taliblərinin sözçüsü Zəbihullah Mücahid sosial şəbəkədə bildirib ki, Pakistan qüvvələri Spin Boldak istiqamətində hücuma keçib və buna cavab olaraq əfqan qüvvələri atəş açıb.

Pakistan Baş nazirinin sözçüsü Moşərrəf Zeydi isə əksini deyərək, “Əfqan qüvvələri səbəbsiz atəş açıb” ifadəsini işlədib və Pakistanın ərazi bütövlüyünü qorumaqda “tam ayıq olduğunu” vurğulayıb.

İki ölkə arasında münasibətlər Talibanın 2021-ci ildə hakimiyyətə qayıtmasından sonra daha da pisləşib. İslamabad Əfqanıstanı Pakistan Talibana (TTP), Bəlucistan Azadlıq Ordusuna və İŞİD-in yerli qolu ISKP-yə sığınacaq verməkdə ittiham edir. Taliban isə bu iddiaları rədd edərək Pakistanı “dezinformasiya yaymaqda və gərginliyi qızışdırmaqda” günahlandırır.

2023 və 2024-cü illərdə sərhəd boyunca bir neçə dəfə gərginlik yaşanıb. Oktyabrda baş vermiş böyük toqquşmalarda hər iki tərəfdən təxminən 70 nəfər həlak olmuş, yüzlərlə adam yaralanmışdı. Tərəflər 19 oktyabrda Dohada atəşkəs imzalasa da, ardıcıl danışıqlar – o cümlədən Türkiyə, Qatar və Səudiyyə Ərəbistanında keçirilən son görüşlər – dayanıqlı razılaşma əldə etməyə imkan verməyib.

Əfqanıstan son həftələr Pakistanı sərhəd vilayətlərində hava zərbələri endirməkdə ittiham edir. Noyabrın sonunda Xost vilayətinə endirilən və Pakistan ordusuna aid edildiyi iddia edilən hücumda 9 uşaq və bir qadının öldüyü bildirilir. Pakistan isə bu hücumun onlara aid olmadığını bəyan edib.

Məqalədə: #Pakistan #Doha #Əfqanıstan #Taliban #Spin Boldak toqquşmaları #Pakistan–Əfqanıstan münasibətləri #Taliban hökuməti mövqeyi #Doha atəşkəsi

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib

8 Sentyabr 21:07

Son Xəbərlər

Məhəmməd bin Salman kral ailəsini və nazirləri bir araya toplayıb
Məhəmməd bin Salman kral ailəsini və nazirləri bir araya toplayıb
07:24
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.