13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Sidneydə yəhudi bayramı zamanı silahlı hücum: onlarla ölən və yaralı var

Avstraliyanın Sidney şəhərində silahlı hücum baş verib. İki naməlum silahlı şəxs Bondi çimərliyində insanlara atəş açıb. Polis hücum edənlərin saxlanılması məqsədilə çimərlik zonasında xüsusi əməliyyat həyata keçirib.

14 Dekabr 2025 17:21
Sidneydə yəhudi bayramı zamanı silahlı hücum: onlarla ölən və yaralı var

BAKI, AzerVoice

Avstraliya polisi bazar günü Sidneydə, Bondi çimərliyində yəhudi bayramı münasibətilə keçirilən tədbir zamanı baş verən silahlı hücum nəticəsində 12 nəfərin öldüyünü, azı 30 nəfərin isə yaralandığını açıqlayıb.

AzerVoice xəbər verir ki, Yeni Cənubi Uels ştatının polisi daha əvvəl hücum nəticəsində hücumçunun da daxil olduğu 10 nəfərin öldüyünü bildirmişdi. Avstraliyanın baş naziri Entoni Albanizi isə Bondi çimərliyində baş verənləri “şokedici və son dərəcə ağrılı” adlandırıb.

Baş nazir verdiyi açıqlamada deyib: “Az öncə Avstraliya Federal Polis Komissarı, eləcə də Yeni Cənubi Uels ştatının baş naziri ilə danışdım. Ştat polisi ilə koordinasiyalı şəkildə işləyirik və əlavə məlumatlar təsdiqləndikcə ictimaiyyətə açıqlanacaq.”

Daha sonra Albanizi hücumun “terror aktı” olduğunu və birbaşa yəhudi icmasına qarşı yönəldildiyini bildirib. O vurğulayıb ki, polis və təhlükəsizlik orqanları hücumda iştirak edən bütün şəxslərin müəyyən edilməsi üçün çalışır.

Mediada yer alan xəbərlərə görə, atışma yəhudilərin dini bayramı zamanı baş verib.

İsrail prezidenti İsxak Hersoq Sidneydə Bondi çimərliyində baş verən silahlı hücumu yəhudi icmasına qarşı terror aktı kimi qiymətləndirib. Qüdsdəki ofisindən yaydığı bəyanatda Hersoq bildirib:
“Bu anda Avstraliyanın Sidneydə yaşayan bacı-qardaşlarımız Bondi çimərliyində, yəhudilərə qarşı son dərəcə vəhşi terror hücumuna məruz qalırlar. Onlar Hanuka bayramının ilk şamını yandırmaq üçün toplaşmışdılar.”

Hersoq İsrailin uzun müddətdir Avstraliya cəmiyyətinə təsir göstərdiyini bildirdiyi antisemitizm dalğasına qarşı tədbirlərin görülməsinə çağırış etdiyini xatırladıb.

Avstraliya təcili tibbi xidmətləri bazar günü bildirmişlər ki, ən azı 8 nəfər xəstəxanalara yerləşdirilib. Yeni Cənubi Uels Təcili Yardım Xidmətinin sözçüsü AFP-yə açıqlamasında deyib ki, “Hadisə yerində bir neçə nəfərə tibbi yardım göstərilib və hazırda 8 nəfər Sidneydəki müxtəlif xəstəxanalara aparılıb.”

Məlumatlara görə, silahlılar Sidneydə keçirilən “İşıqlar bayramı” (Hanuka) tədbirinin iştirakçılarına atəş açıblar. İlkin xəbərlərdə 10 nəfərin öldüyü, təxminən 60 nəfərin yaralandığı bildirilib.

Yeni Cənubi Uels polisi bazar günü atışma ilə bağlı iki nəfərin saxlanıldığını açıqlayıb və “X” platformasında yaydığı bəyanatda əməliyyatın davam etdiyini, əhalinin ərazidən uzaq durmasının vacibliyini vurğulayıb.

Hadisənin təfərrüatları
Hücum zamanı Bondi çimərliyində təxminən 2 min yəhudi icması üzvü Hanuka bayramını qeyd edirdi. Şahidlərin sözlərinə görə, naməlum şəxs avtomobildən düşərək tədbirin keçirildiyi əraziyə atəş açıb.

Bəzi məlumatlara əsasən, atəş yaxınlıqdakı körpüdən açılıb. Hadisə yerindən yayılan görüntülərdə panikaya düşmüş insanların müxtəlif istiqamətlərə qaçdığı, silahlı şəxslərin isə uzun lüləli silahlarla irəlilədiyi görünür.

Videolarda bəzi insanların çəmənlikdə uzandığı, ətrafda isə ciddi xaosun yaşandığı əks olunub. Tədbirin iştirakçılarından biri baş verənləri “yəhudi icması üçün fəlakət” adlandırıb.

“Sidney Morning Herald” qəzetinin yazdığına görə, hadisə nəticəsində çoxlu sayda insan yaralanıb. “Sky” və “ABC” telekanalları isə yerdə uzanan insanların görüntülərini yayımlayıb. Hadisənin şahidi olan 30 yaşlı Harri Uilson qəzetə bildirib ki, “Ən azı 10 nəfərin yerdə uzandığını gördüm, hər yer qan içində idi.”

“Sky News Australia” isə hücum nəticəsində azı 10 nəfərin öldüyünü xəbər verib.

İsraildə fəaliyyət göstərən “ZAKA” təcili yardım təşkilatı isə bildirib ki, təxminən 60 nəfər yaralanıb, azı 10 nəfərin ölümü təsdiqlənib və hadisə yəhudi icmasına qarşı terror hücumu kimi dəyərləndirilir.

Avstraliya Yəhudi İcra Şurasının həmsədri Aleks Rivitçin “Sky News”a açıqlamasında bildirib ki, atışma gün batımı ilə başlayan Hanuka mərasimi zamanı baş verib:

“Yəhudilər bu sevincli bayramı qeyd etmək üçün ən gözəl şəkildə bir araya gəlmişdilər. Əgər biz qəsdən bu şəkildə hədəf alınmışıqsa, bu, ağlasığmaz bir dəhşətdir.”

O, həmçinin media müşavirinin hücum zamanı yaralandığını bildirib.

Məqalədə: #Avstraliya #Atışma #Sidney #Yeni Cənubi Uels #Bondi çimərliyi atışma #Avstraliyada terror hücumu #yəhudi icmasına hücum #Hanuka bayramı hücumu #Sidney təhlükəsizlik xəbərləri #Sidneydə Bondi çimərliyində terror hücumu: yəhudi icması hədəf alındı #Avstraliyada Hanuka mərasimində qanlı hücum: 12 ölü #onlarla yaralı #Bondi çimərliyində atışma: Avstraliya hücumu terror aktı kimi qiymətləndirdi #Avstraliya polisi açıqlaması #Yeni Cənubi Uels polisi #antisemit hücum #kütləvi atışma Sidney #yəhudi bayramında terror #Avstraliyada təhlükəsizlik vəziyyəti #Sidneydə Bondi çimərliyində yəhudi bayramı zamanı nə baş verdi #Avstraliyada Hanuka mərasimində silahlı hücum təfərrüatları #Bondi çimərliyində terror hücumu canlı şahid ifadələri #Avstraliya hökumətinin Sidney hücumuna reaksiyası

Mövzu üzrə digər xəbərlər

Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Pakistan

Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər

15:22
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq

İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır

13:16
İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb

12 Sentyabr 21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran

İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək

12 Sentyabr 21:00

Son Xəbərlər

Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
15:55
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
15:22
Hakan Fidan Suriyaya səfərə gedib
Hakan Fidan Suriyaya səfərə gedib
14:59
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
14:57
Əbu-Dabi “Bayer”lə səhra kənd təsərrüfatında yeni sınaqlara hazırlaşır
Əbu-Dabi “Bayer”lə səhra kənd təsərrüfatında yeni sınaqlara hazırlaşır
14:40
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.