11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Qreta Tunberq Londonda fələstinlilərə dəstək aksiyası zamanı saxlanılıb

İsveçli iqlim fəalı Qreta Tunberq Londonda keçirilən fələstinlilərə dəstək aksiyası zamanı polis tərəfindən saxlanılıb. Aksiya Böyük Britaniyada fəaliyyəti qadağan edilmiş “Palestine Action” qruplaşmasına dəstək məqsədilə təşkil olunub. Etiraz aksiyası Londonda yerləşən və İsrailin müdafiə sənayesi şirkəti ilə əməkdaşlıq edən “Aspen Insurance” şirkətinin ofisi qarşısında keçirilib.

23 Dekabr 2025 21:04
Qreta Tunberq Londonda fələstinlilərə dəstək aksiyası zamanı saxlanılıb

BAKI, AzerVoice, Orxan Qədirzadə

İsveçli iqlim fəalı Qreta Tunberq Londonda keçirilən fələstinlilərə dəstək aksiyası zamanı polis tərəfindən saxlanılıb.

AzerVoice-un məlumatına görə, aksiya Böyük Britaniyada fəaliyyəti qadağan edilmiş “Palestine Action” qruplaşmasına dəstək məqsədilə təşkil olunub. Etiraz aksiyası Londonda yerləşən və İsrailin müdafiə sənayesi şirkəti ilə əməkdaşlıq edən “Aspen Insurance” şirkətinin ofisi qarşısında keçirilib.

Aksiyanın təşkilatçısı olan “Prisoners for Palestine” platforması bildirib ki, Tunberq “Palestine Action” qruplaşmasının həbs edilmiş üzvlərinə dəstək məqsədilə keçirilən aksiyada iştirak edib. Etirazçılar ofisin girişinə qırmızı boya səpərək oturaq aksiya keçiriblər.

Platformanın sosial şəbəkədə yaydığı açıqlamada qeyd olunub ki, Qreta Tunberq üzərində “Mən ‘Palestine Action’ məhbuslarını dəstəkləyirəm. Mən soyqırıma qarşıyam” yazısı olan plakat tutduğuna görə Terrorla Mübarizə Qanunu çərçivəsində saxlanılıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə polis əməkdaşının Tunberqdən plakatı aldığı və onun oturaq aksiyanı tərk etməsini istədiyi, lakin Tunberqin bundan imtina etdiyi görünür. Polis aksiyada Tunberqlə yanaşı, binaya qırmızı boya tökən daha iki fəalı da saxlayıb.

Qeyd edək ki, “Palestine Action” qruplaşmasının səkkiz üzvü təxminən bir ildir həbsdə saxlanılır və həbs şəraitinin yaxşılaşdırılması, həmçinin təşkilata qoyulan qadağanın ləğvi tələbi ilə aclıq aksiyası keçirir. Məlumata görə, səhhətində yaranan problemlər səbəbilə üç məhbus aclığı dayandırıb, beş nəfər isə aksiyanı davam etdirir.

Böyük Britaniyanın həbsxanalar üzrə dövlət naziri Uilyam Ceyms Timpson aclıq aksiyalarının ölkə üçün yeni hal olmadığını bildirərək, ildə orta hesabla 200 məhbusun aclıq aksiyasına başladığını qeyd edib. O, hökumət üzvlərinin davam edən məhkəmə prosesləri zamanı məhbusların nümayəndələri ilə görüşməsinin qanunsuz və yolverilməz olduğunu vurğulayıb.

Məqalədə: #London #Qreta Tunberq #Londonda etiraz aksiyası: Qreta Tunberq polis tərəfindən saxlanıldı #Britaniyada qadağan olunmuş qruplaşmaya dəstək aksiyasında Tunberq tutulub #Qreta Tunberq Palestine Actiona dəstək aksiyasında iştirak edib #Fələstin mövzusunda etiraz Londonda saxlanılmalarla nəticələnib #fələstinlilərə dəstək #qadağan olunmuş təşkilat #Qreta Tunberq Londonda niyə saxlanılıb #Fələstinlə bağlı Londonda keçirilən etiraz aksiyası #Böyük Britaniyada Palestine Action təşkilatı niyə qadağan edilib #Qreta Tunberqin son etiraz aksiyası #Britaniyada fələstinlilərə dəstək aksiyaları

Mövzu üzrə digər xəbərlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
Digər Dövlətlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset

20:41

Son Xəbərlər

Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
23:07
Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
22:25
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
21:39
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
21:38
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.