9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ Silahlı Qüvvələri Venesuelanın paytaxtında bənzəri olmayan hərbi əməliyyat həyata keçirib - Tramp

ABŞ Silahlı Qüvvələri Venesuelanın paytaxtında bənzəri olmayan hərbi əməliyyat keçirib. Bunu ABŞ Prezidenti Donald Tramp bu gün keçirilən mətbuat konfransında deyib. “Hərbi əməliyyatın həyata keçirilməsi üçün ABŞ-ın hava, quru və dənizdən ibarət hərbi gücü səfərbər edildi; bu, insanların İkinci Dünya müharibəsindən bəri görmədiyi miqyasda bir zərbə idi. Əməliyyat Karakasın mərkəzində yerləşən güclü şəkildə möhkəmləndirilmiş hərbi istehkamı hədəf alaraq, qanundan kənar elan edilmiş diktator Nikolas Maduronun məsuliyyətə cəlb edilməsi məqsədi daşıyırdı”, - deyə o bildirib.

3 Yanvar 2026 21:11
ABŞ Silahlı Qüvvələri Venesuelanın paytaxtında bənzəri olmayan hərbi əməliyyat həyata keçirib - Tramp

BAKI,AzerVoice

ABŞ Silahlı Qüvvələri Venesuelanın paytaxtında bənzəri olmayan hərbi əməliyyat keçirib.

AzerVoice-un şənbə günü verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Donald Tramp bu gün keçirilən mətbuat konfransında deyib.

“Hərbi əməliyyatın həyata keçirilməsi üçün ABŞ-ın hava, quru və dənizdən ibarət hərbi gücü səfərbər edildi; bu, insanların İkinci Dünya müharibəsindən bəri görmədiyi miqyasda bir zərbə idi. Əməliyyat Karakasın mərkəzində yerləşən güclü şəkildə möhkəmləndirilmiş hərbi istehkamı hədəf alaraq, qanundan kənar elan edilmiş diktator Nikolas Maduronun məsuliyyətə cəlb edilməsi məqsədi daşıyırdı”, - deyə o bildirib.

Tramp qeyd edib ki, bu, ABŞ tarixində Amerika hərbi gücünün və peşəkarlığının ən təsirli, effektiv və qüdrətli nümayişlərindən biri olub.

“Dünyada heç bir ölkə Amerikanın dünən əldə etdiyinə və ya açığını desəm, bu qədər qısa müddətdə nail olduqlarına çata bilməzdi. Venesuelanın bütün hərbi imkanları tamamilə zərərsizləşdirildi və silahlı qüvvələrimizin kişi və qadınları ABŞ hüquq-mühafizə orqanları ilə birgə hərəkət edərək Maduronu gecə saatlarında uğurla ələ keçirdilər.

Qaranlıq idi və son dərəcə təhlükəli şərait mövcud idi. Lakin onunla birlikdə həyat yoldaşı da saxlanılıb - hər ikisi indi Amerika ədaləti qarşısında cavab verəcək. Maduro və Flores ABŞ-a və onun vətəndaşlarına qarşı ölümcül narkoterror kampaniyaları ilə bağlı aparılan istintaq çərçivəsində ittiham olunublar”, - deyə ABŞ prezidenti əlavə edib.

Məqalədə: #Nikolas Maduro #ABŞ prezidenti Donald Tramp #Nikolas Maduro ABŞ münasibətləri #Silia Flores #Venesuela Prezidenti Nikolas Maduro #ABŞ Silahlı Qüvvələri

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib

8 Sentyabr 21:07

Son Xəbərlər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
09:00
Saç yağı təqdim edən 6 ərəb brendi
Saç yağı təqdim edən 6 ərəb brendi
08:09
Yəmən husi terrorçularından təmizlənir
Yəmən husi terrorçularından təmizlənir
07:32
Məhəmməd bin Salman kral ailəsini və nazirləri bir araya toplayıb
Məhəmməd bin Salman kral ailəsini və nazirləri bir araya toplayıb
07:24
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.