11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Yunanıstanda hava nəqliyyatında ciddi problem: Afina FIR-də uçuşlar dayandırılıb

Yunanıstanda Afina Uçuş Məlumat Bölgəsində (FIR) yaranmış texniki nasazlıq ölkə üzrə hava nəqliyyatının işini ciddi şəkildə pozub. Radio tezlik sistemlərində baş verən problem səbəbindən hava limanlarından uçuşlara müvəqqəti olaraq icazə verilmir, hazırda havada olan təyyarələrin təhlükəsiz enişinin təmin edilməsi üçün tədbirlər görülür.

4 Yanvar 2026 15:47
Yunanıstanda hava nəqliyyatında ciddi problem: Afina FIR-də uçuşlar dayandırılıb

BAKI, AzerVoice

Yunanıstanda Afina Uçuş Məlumat Bölgəsində (FIR) yaranmış texniki nasazlıq ölkə üzrə hava nəqliyyatının işini ciddi şəkildə pozub. Radio tezlik sistemlərində baş verən problem səbəbindən hava limanlarından uçuşlara müvəqqəti olaraq icazə verilmir, hazırda havada olan təyyarələrin təhlükəsiz enişinin təmin edilməsi üçün tədbirlər görülür.

Məlumata görə, Yunanıstanın hava bazalarında da rabitə və radar sistemləri sıradan çıxıb. Təyyarələr məcburi şəkildə əl rejimində eniş edir, bütün uçuş əməliyyatları müvəqqəti dayandırılıb.

“Kathimerini” qəzetinin yazdığına görə, nasazlıq səhər saatlarından etibarən ölkə üzrə hava əlaqələrinin fəaliyyətinə ciddi təsir göstərib. Xüsusilə Afina şəhərində yerləşən əsas hava limanı və regional hava limanlarında eniş və qalxışlar tam məhdudlaşdırılıb.
Problemin Mülki Aviasiya İdarəsi nəzdində fəaliyyət göstərən Afina və Makedoniya Sahə Nəzarət Mərkəzlərinin mərkəzi radio tezlik sistemləri ilə bağlı olduğu bildirilir. Yunan hava məkanına daxil olan bütün təyyarələrin əlaqə saxlamalı olduğu bu mərkəzlərə xidmət edən radio tezliklərin sıradan çıxması vəziyyəti daha da çətinləşdirib.

Hava Nəqliyyatı Nəzarətçiləri Assosiasiyasının sədri Panagiotis Psaros bildirib ki, təhlükəsizlik məqsədilə ilkin tədbir kimi Yunanıstan hava limanlarından bütün uçuşların dayandırılması qərarı qəbul edilib. Onun sözlərinə görə, əsas məqsəd hazırda havada olan təyyarələrin təhlükəsiz şəkildə yerə endirilməsidir.

Yunanıstan Mülki Aviasiya İdarəsi hadisə ilə bağlı aidiyyəti qurumlarla birlikdə araşdırma aparır. İlkin məlumatlar texniki dövrə nasazlığına işarə etsə də, problemin dəqiq səbəbi hələlik müəyyən edilməyib. Normal uçuş rejiminə nə vaxt qayıdılacağı barədə rəsmi açıqlama verilməyib.

Təhlükəsizlik tədbirləri çərçivəsində təsirə məruz qalan hava sahəsi müvəqqəti bağlanıb. Verilən göstərişə əsasən, yalnız Yunan hava məkanından eniş etmədən tranzit keçən uçuşların hərəkətinə icazə verilir.

Məqalədə: #Yunanıstan #Afina #Afina Uçuş Məlumat Bölgəsi (FIR) #Makedoniya Sahə Nəzarət Mərkəzi #Hava Nəqliyyatı Nəzarətçiləri Assosiasiyası #Panagiotis Psaros #Yunanıstan Mülki Aviasiya İdarəsi

Mövzu üzrə digər xəbərlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
Digər Dövlətlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset

20:41
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək
Digər Dövlətlər

ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək

20:02
İsrail ordusu Hizbullahın imkanlarını bərpa etməsinə imkan verməyəcəyini bildirib
Digər Dövlətlər

İsrail ordusu Hizbullahın imkanlarını bərpa etməsinə imkan verməyəcəyini bildirib

19:11
ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
Digər Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır

17:46

Son Xəbərlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
20:41
Qətər BMT-də “Milli Baxış 2030” strategiyasından danışıb
Qətər BMT-də “Milli Baxış 2030” strategiyasından danışıb
20:10
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək
20:02
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
20:00
CENTCOM komandanı Səudiyyə Ərəbistanına gəlib
CENTCOM komandanı Səudiyyə Ərəbistanına gəlib
19:47
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.