10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Venesuela müxalifət lideri Maria Korina Maçado ölkəyə qayıdacağını bəyan edib

Venesuela müxalifətinin lideri Maria Corina Maçado ölkəsinə “mümkün olan ən qısa zamanda” qayıdacağını bəyan edib və Karakasda fəaliyyət göstərən müvəqqəti rəhbərliyi sərt tənqid edib. Maria Korina Maçado ABŞ ordusunun Venesuela Prezidenti Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmasından sonra ilk ictimai açıqlamasını verərək geri dönmək niyyətində olduğunu bildirib.

6 Yanvar 2026 13:33
Venesuela müxalifət lideri Maria Korina Maçado ölkəyə qayıdacağını bəyan edib

BAKI, AzerVoice, Fərid Mikayılov

Venesuela müxalifətinin lideri Maria Corina Maçado ölkəsinə “mümkün olan ən qısa zamanda” qayıdacağını bəyan edib və Karakasda fəaliyyət göstərən müvəqqəti rəhbərliyi sərt tənqid edib.

AzerVoice xəbər verir ki, Maria Korina Maçado ABŞ ordusunun Venesuela Prezidenti Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmasından sonra ilk ictimai açıqlamasını verərək geri dönmək niyyətində olduğunu bildirib.

Hazırda harada olduğu açıqlanmayan Maçado müsahibəsində danışıb.

“Venesuelaya mümkün qədər tez qayıtmağı planlaşdırıram,” – deyə o qeyd edib.

Maçado müvəqqəti prezident kimi çıxış edən Delsi Rodriqezi kəskin şəkildə tənqid edərək, onu “işgəncə, korrupsiya və narkotik alverinin əsas memarlarından biri” adlandırıb. O vurğulayıb ki, Rodriqes Venesuela cəmiyyətində legitimliyə malik deyil və xalq tərəfindən qəbul olunmur.

Müxalifət liderinin sözlərinə görə, azad və ədalətli seçkilər keçiriləcəyi təqdirdə müxalifət qüvvələri böyük üstünlüklə qalib gələcək.

“Azad və şəffaf seçkilərdə biz səslərin 90 faizindən çoxunu qazanacağıq. Buna heç bir şübhəm yoxdur” – deyə Maçado bildirib.

O, həmçinin Venesuelanı “Amerika qitəsinin enerji mərkəzinə” çevirmək, ölkəni zəiflədən cinayətkar strukturları ləğv etmək və illərdir ölkəni tərk etməyə məcbur qalan milyonlarla venesuelalını yenidən vətənə qaytarmaq niyyətində olduğunu vurğulayıb.

Məqalədə: #ABŞ #Nikolas Maduro #Venesuela müxalifəti #ABŞ Venesuela hərbi müdaxilə #Maria Korina Maçado #Delsi Rodriqes #Maduro ilə bağlı proseslər

Mövzu üzrə digər xəbərlər

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

9 Sentyabr 21:09
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.