12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İranda keçirilən etiraz aksiyalarında ölənlərin sayı 4 minə yaxınlaşıb

ABŞ-ın Virciniya ştatı mərkəzli İran İnsan Hüquqları Aktivistləri Xəbər Agentliyi (HRANA) İranda iqtisadi problemlərə qarşı keçirilən etiraz aksiyalarında həyatını itirənlərin sayının 3 min 90-a yüksəldiyini açıqlayıb. İran rəsmiləri indiyədək etiraz aksiyaları zamanı ölən və yaralananların ümumi sayı ilə bağlı rəsmi açıqlama verməyiblər. Bununla belə, daha əvvəl yayılan məlumatlarda, hadisələri təxribat məqsədilə yönləndirdiyi və ya terror təşkilatları ilə əlaqəli olduğu iddia edilən təxminən 3 min nəfərin saxlanıldığı bildirilmişdi.

17 Yanvar 2026 10:02
İranda keçirilən etiraz aksiyalarında ölənlərin sayı 4 minə yaxınlaşıb

BAKI,AzerVoice, Fərid Mikayılov

ABŞ-ın Virciniya ştatı mərkəzli İran İnsan Hüquqları Aktivistləri Xəbər Agentliyi (HRANA) İranda iqtisadi problemlərə qarşı keçirilən etiraz aksiyalarında həyatını itirənlərin sayının 3 min 90-a yüksəldiyini açıqlayıb.

AzerVoice xəbər verir ki, HRANA-nın yaydığı məlumata görə, ölkənin müxtəlif bölgələrində baş verən hadisələr zamanı 2 min 55 nəfər yaralanıb, 22 min 123 nəfər isə saxlanılıb. Hesabatda zorakılıq hallarının genişmiqyaslı insan tələfatına səbəb olduğu qeyd olunub.

İran rəsmiləri indiyədək etiraz aksiyaları zamanı ölən və yaralananların ümumi sayı ilə bağlı rəsmi açıqlama verməyiblər. Bununla belə, daha əvvəl yayılan məlumatlarda, hadisələri təxribat məqsədilə yönləndirdiyi və ya terror təşkilatları ilə əlaqəli olduğu iddia edilən təxminən 3 min nəfərin saxlanıldığı bildirilmişdi.

HRANA bir gün əvvəl dərc etdiyi hesabatda ölənlərin sayının 2 min 677 nəfər olduğunu açıqlamışdı. Son rəqəmlər insan tələfatının sürətlə artdığını göstərir.

Qeyd edək ki, İranda etiraz aksiyaları 28 dekabr 2025-ci ildə milli valyutanın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi və ölkədə dərinləşən iqtisadi problemlər səbəbilə Tehran Böyük Bazarında ticarətçilərin keçirdiyi etirazlarla başlayıb. Aksiyalar qısa müddətdə ölkənin bir çox şəhərinə yayılıb.

Paytaxt Tehran şəhərində 8 yanvar tarixində etirazların şiddətlənməsindən sonra ölkə rəhbərliyi təhlükəsizlik səbəbi ilə internetə çıxışı məhdudlaşdırmışdı.

Məqalədə: #İran #Etiraz aksiyası #İranda etiraz aksiyaları #İranda ölənlərin sayı #İnternetin məhdudlaşdırılması #İranda insan hüquqları pozuntuları #İranda repressiyalar

Mövzu üzrə digər xəbərlər

Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi
Yəmən

Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi

16:25
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq

İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb

13:09
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12:53
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39

Son Xəbərlər

Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır
Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır
17:17
Quranda 800-dən çox ayə nəyi əmr edir?
Quranda 800-dən çox ayə nəyi əmr edir?
16:44
Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi
Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi
16:25
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.