12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Belçikadan Trampa sərt reaksiya - NATO müttəfiqlərinə təzyiq qəbuledilməzdir

Belçika xarici işlər naziri Maksim Prevo ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzərində “tam və mütləq nəzarət” qurmaq niyyətini kəskin tənqid edib. Prevo vurğulayıb ki, NATO ailəsi daxilində müttəfiqlərə qarşı təzyiq və şantaj dili istifadə etmək yolverilməzdir. Onun sözlərinə görə, Vaşinqtonun Danimarkaya bağlı muxtar bölgə olan Qrenlandiya üzərində nəzarət iddiaları həm Avropa İttifaqı, həm də transatlantik münasibətlər üçün təhlükəli presedent yaradır.

20 Yanvar 2026 18:24
Belçikadan Trampa sərt reaksiya - NATO müttəfiqlərinə təzyiq qəbuledilməzdir
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice, Fərid Mikayılov

Belçika xarici işlər naziri Maksim Prevo ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzərində “tam və mütləq nəzarət” qurmaq niyyətini kəskin tənqid edib.

AzerVoice xəbər verir ki, Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Euronewsə müsahibə verən Belçika xarici işlər naziri Maksim Prevo bildirib ki, ABŞ-ın Qrenlandiya ilə bağlı mövqeyi NATO daxilində ciddi narahatlıq yaradır və bu yanaşma qəbuledilməzdir.

Prevo vurğulayıb ki, NATO ailəsi daxilində müttəfiqlərə qarşı təzyiq və şantaj dili istifadə etmək yolverilməzdir. Onun sözlərinə görə, Vaşinqtonun Danimarkaya bağlı muxtar bölgə olan Qrenlandiya üzərində nəzarət iddiaları həm Avropa İttifaqı, həm də transatlantik münasibətlər üçün təhlükəli presedent yaradır.

ABŞ Prezidenti Donald Tramp son günlər Qrenlandiyanı ABŞ-ın nəzarətinə keçirməklə bağlı çağırışlarını gücləndirib və bu məqsədlə güc tətbiqi ehtimalını da istisna etməyib. Tramp Qrenlandiyanın ABŞ üçün “milli təhlükəsizlik baxımından vacib” olduğunu iddia edərək bölgədə Rusiya və Çin gəmilərinin fəallaşdığını bildirib.

Belçika xarici işlər naziri ABŞ-ın təhlükəsizlik narahatlıqlarını tamamilə inkar etmədiklərini qeyd etsə də, bu məsələlərin mövcud əməkdaşlıq mexanizmləri çərçivəsində həll edilə biləcəyini deyib. Prevo xatırladıb ki, ABŞ ilə Danimarka arasında imzalanmış Qrenlandiya Müdafiə Razılaşması ABŞ ordusunun bölgədə fəaliyyətinə artıq imkan verir.

“Bu razılaşma çərçivəsində gələcəkdə əlavə hərbi mövcudluq da mümkündür. Buna görə də ərazi iddiaları və təzyiq dili kimi köhnəlmiş üsullara ehtiyac yoxdur. Bu, Avropa üçün qırmızı xətdir,” – deyə nazir bildirib.

Trampın mövqeyinə baxmayaraq, Prevo yaxın günlərdə daha rasional yanaşmanın üstünlük qazanacağına ümid etdiyini vurğulayıb. Onun sözlərinə görə, Avropa tərəfi gərginliyin artmasının qarşısını almaq üçün diplomatik kanallardan istifadə etməyə davam edəcək.

Qeyd edək ki, ABŞ Prezidenti Qrenlandiya məsələsi ilə bağlı “maraqlı tərəflərlə” danışıqlara açıq olduğunu açıqlayıb. Avropa İttifaqı liderləri isə yaranmış vəziyyəti müzakirə etmək üçün Brüsseldə fövqəladə zirvə toplantısı keçirməyə hazırlaşır.

Məqalədə: #ABŞ #Donald Tramp #Belçika #Qrenlandiya #Belçika Tramp Qrenlandiya #NATO müttəfiqləri böhranı #Qrenlandiya ABŞ iddiası #Donald Tramp Qrenlandiya planı #Avropa İttifaqı ABŞ gərginliyi #NATO daxilində böhran #Qrenlandiya müdafiə razılaşması

Mövzu üzrə digər xəbərlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

11 Sentyabr 20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
Digər Dövlətlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset

11 Sentyabr 20:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.