9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Avropada sərt miqrasiya siyasəti fonunda İspaniya 500 min miqrantı leqallaşdırır

İspaniya hökuməti qeyri-qanuni miqrantların leqallaşdırılması ilə bağlı Avropada fərqlənən qərar qəbul edib. Avropanın bir sıra ölkələrində və ABŞ-də miqrasiya siyasətinin sərtləşdirildiyi bir vaxtda İspaniya hökuməti təxminən 500 min sənədsiz miqrantın hüquqi status almasını nəzərdə tutan proqramı həyata keçirməyə hazırlaşır. Qərar ölkədə “kölgə iqtisadiyyatı”nda çalışan on minlərlə miqrant üçün yeni imkanlar yaradacaq.

29 Yanvar 2026 04:00
Avropada sərt miqrasiya siyasəti fonunda İspaniya 500 min miqrantı leqallaşdırır
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice, Orxan Qədirzadə

İspaniya hökuməti qeyri-qanuni miqrantların leqallaşdırılması ilə bağlı Avropada fərqlənən qərar qəbul edib.

AzerVoice xəbər verir ki, Avropanın bir sıra ölkələrində və ABŞ-də miqrasiya siyasətinin sərtləşdirildiyi bir vaxtda İspaniya hökuməti təxminən 500 min sənədsiz miqrantın hüquqi status almasını nəzərdə tutan proqramı həyata keçirməyə hazırlaşır. Qərar ölkədə “kölgə iqtisadiyyatı”nda çalışan on minlərlə miqrant üçün yeni imkanlar yaradacaq.

İspaniyanın miqrasiya naziri Elma Saiz bildirib ki, leqallaşdırma proqramından yararlanan şəxslər ölkənin istənilən bölgəsində və istənilən sahədə rəsmi işləmək hüququ əldə edəcəklər. Onun sözlərinə görə, bu addım miqrasiyanın iqtisadi və sosial baxımdan müsbət təsirini nümayiş etdirir və artıq ölkədə yaşayan insanlara ləyaqətin qaytarılması məqsədi daşıyır.

Baş nazir Pedro Sançes isə vurğulayıb ki, miqrant axını İspaniya üçün əmək bazarındakı boşluqların doldurulması və əhalinin qocalması fonunda pensiya və sosial təminat sisteminin qorunması baxımından vacibdir.

Qeyri-hökumət təşkilatları da bu qərarı müsbət qiymətləndirir. Sənədsiz Miqrantlar Platformasının nümayəndəsi Lætisiya Van der Vennet bildirib ki, bu addım Avropa və ABŞ-də güclənən anti-miqrant dalğası fonunda humanist və rasional yanaşmanın nümunəsidir.

Proqram İspaniyada ən azı beş ay yaşayan və 2025-ci il dekabrın 31-dək beynəlxalq müdafiə üçün müraciət etmiş şəxsləri əhatə edəcək. Leqallaşdırma həmçinin artıq ölkədə yaşayan uşaqlara da şamil olunacaq. Müraciətlərin qəbulu aprel–iyun aylarında həyata keçiriləcək.

Hökumət bu qərarı parlament təsdiqi olmadan, fərmanla qəbul edib. Müxalifətdə olan Xalq Partiyası və ifrat sağçı Vox bu addımı tənqid edərək, miqrant axınının sosial sistemə əlavə yük yaradacağını iddia edir.

Rəsmi statistikaya görə, ötən il İspaniyaya qeyri-qanuni miqrasiya 40 faizdən çox azalıb. Buna səbəb kimi Mərakeş və Qərbi Afrika ölkələri ilə təhlükəsizlik və əməkdaşlıq üzrə əldə olunan razılaşmalar göstərilir.

Məqalədə: #İspaniya 500 min qeyri-qanuni miqrantı leqallaşdırır #Avropada sərt siyasət #Madriddə humanist yanaşma #İspaniya miqrasiya kursunu dəyişir #Miqrantlar üçün İspaniyada yeni mərhələ başlayır #Madrid miqrantların leqallaşdırılmasına start verir #İspaniya miqrasiya siyasəti ilə Avropadan fərqlənir #İspanya 500 bin göçmeni yasallaştırıyor #Avrupa sertleşirken Madrid kapılarını açıyor #İspanya’dan göçmenlere yeni adım #Madrid göçmen politikasında rota değiştiriyor #İspanya’da yarım milyon göçmen için yeni dönem #Göçmenlere umut veren İspanya kararı

Mövzu üzrə digər xəbərlər

İran rejimi süquta “çox yaxındır” - Netanyahu
İran

İran rejimi süquta “çox yaxındır” - Netanyahu

19:50
ABŞ Ekvadorla təhlükəsizlik əməkdaşlığını gücləndirir
Digər Dövlətlər

ABŞ Ekvadorla təhlükəsizlik əməkdaşlığını gücləndirir

19:45
Britaniya XİN rəhbəri yəhudilərin təhlükəsizliyi ilə bağlı tənqidə cavab verib
Digər Dövlətlər

Britaniya XİN rəhbəri yəhudilərin təhlükəsizliyi ilə bağlı tənqidə cavab verib

19:37
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
Digər Dövlətlər

ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək

18:29

Son Xəbərlər

Qətər və Qayana kənd təsərrüfatı üzrə əməkdaşlığı gücləndirir
Qətər və Qayana kənd təsərrüfatı üzrə əməkdaşlığı gücləndirir
19:54
İran rejimi süquta “çox yaxındır” - Netanyahu
İran rejimi süquta “çox yaxındır” - Netanyahu
19:50
ABŞ Ekvadorla təhlükəsizlik əməkdaşlığını gücləndirir
ABŞ Ekvadorla təhlükəsizlik əməkdaşlığını gücləndirir
19:45
Britaniya XİN rəhbəri yəhudilərin təhlükəsizliyi ilə bağlı tənqidə cavab verib
Britaniya XİN rəhbəri yəhudilərin təhlükəsizliyi ilə bağlı tənqidə cavab verib
19:37
Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
18:35
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.