9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Nipah virusu Hindistanda narahatlıq yaradıb: region ölkələri hava limanlarında nəzarəti gücləndirir

Hindistanın Qərbi Benqal ştatında qeydə alınan Nipah virusu halları Asiya regionunda narahatlığa səbəb olub. Hindistanın Qərbi Benqal ştatında Nipah virusu ilə bağlı iki təsdiqlənmiş yoluxma faktı aşkarlanıb. Bu fondda bir sıra ölkələr Ay Yeni ili ərəfəsində beynəlxalq səyahətlərin artacağını nəzərə alaraq hava limanlarında tibbi yoxlama tədbirlərini sərtləşdirib.

29 Yanvar 2026 19:19
Nipah virusu Hindistanda narahatlıq yaradıb: region ölkələri hava limanlarında nəzarəti gücləndirir
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice, Orxan Qədirzadə

Hindistanın Qərbi Benqal ştatında qeydə alınan Nipah virusu halları Asiya regionunda narahatlığa səbəb olub.

AzerVoice xəbər verir ki, Hindistanın Qərbi Benqal ştatında Nipah virusu ilə bağlı iki təsdiqlənmiş yoluxma faktı aşkarlanıb. Bu fondda bir sıra ölkələr Ay Yeni ili ərəfəsində beynəlxalq səyahətlərin artacağını nəzərə alaraq hava limanlarında tibbi yoxlama tədbirlərini sərtləşdirib.

Hindistan Səhiyyə Nazirliyinin məlumatına görə, 2025-ci ilin dekabr ayından bu yana Qərbi Benqalda iki nəfərdə Nipah virusu aşkarlanıb. Rəsmi açıqlamada yoluxan şəxslərin kimliyi barədə ətraflı məlumat verilməsə də, onların təmasda olduğu 196 nəfərin hamısının simptomlarının olmadığı və test nəticələrinin mənfi çıxdığı bildirilib. Nazirlik vəziyyətin daimi nəzarətdə saxlanıldığını qeyd edib.

Yerli səhiyyə rəsmisinin KİV-nə verdiyi məlumata əsasən, yoluxan şəxslər səhiyyə işçiləridir və hazırda xəstəxanada müalicə olunurlar. Mütəxəssislər bu faktın virusun xəstəxana şəraitində aşkarlanmamış xəstədən tibb personalına keçməsi ehtimalını artırdığını bildirirlər.

Nipah virusu nədir və niyə təhlükəlidir?

Nipah virusu heyvanlardan insanlara keçən zoonoz virusdur. Əsas daşıyıcıları meyvə yarasaları hesab olunur. Virus həm yoluxmuş qida vasitəsilə, həm də insan-insan təması yolu ilə ötürülə bilir. Xəstəlik adətən ağır tənəffüs və sinir sistemi pozğunluqları yaradır, yüksək hərarət və baş ağrısından başlayaraq beyin iltihabına qədər inkişaf edə bilir.

London Gigiyena və Tropik Tibb Məktəbinin mütəxəssisi Kaca Abbasın sözlərinə görə, Nipah virusu ilə yoluxma zamanı ölüm faizi 40–75 faiz arasında dəyişir. Bununla belə, virusun yayılma əmsalı aşağıdır və genişmiqyaslı pandemiyaya çevrilmə ehtimalı zəif qiymətləndirilir.

Region ölkələri nə kimi tədbirlər görür?

Qərbi Benqaldakı hadisələrdən sonra Tailand, İndoneziya, Malayziya və Nepal beynəlxalq hava limanlarında əlavə tibbi nəzarət mexanizmləri tətbiq edib. Tailandda Nipah riski olan ölkələrdən gələn təyyarələr üçün xüsusi dayanacaq zonaları ayrılıb, sərnişinlərdən sağlamlıq bəyannamələri tələb olunur. Banqkok hava limanında istilik skanerləri quraşdırılıb.

Çində də sosial şəbəkələrdə virusla bağlı narahatlıq artıb. Rəsmi qurumlar ölkədə Nipah virusu halının qeydə alınmadığını bildirsə də, idxal risklərinin mövcudluğu barədə xəbərdarlıq edib.

Müalicə və profilaktika imkanları

Hazırda Nipah virusuna qarşı təsdiqlənmiş peyvənd və ya spesifik müalicə üsulu mövcud deyil. Xəstələr əsasən dəstəkləyici terapiya və bəzi antiviral preparatlarla müalicə olunur. Ümumdünya Səhiyyə Təşkilatı virusun qarşısının alınması üçün gigiyena qaydalarına əməl olunmasını, yarasaların qida məhsullarına çıxışının məhdudlaşdırılmasını və xəstə insanlarla təmasdan çəkinməyi tövsiyə edir.

Məqalədə: #Hindistanda Nipah virusu halları regionda narahatlıq yaradıb #Qərbi Benqalda Nipah virusu: hava limanlarında nəzarət gücləndirilir #Nipah virusu təhlükəsi Asiyada səyahət qaydalarını sərtləşdirib #Hindistanda aşkarlanan Nipah virusu ölkələri hərəkətə gətirdi #Nipah virusu ilə bağlı Cənub-Şərqi Asiyada fövqəladə tədbirlər #Qərbi Benqal hadisələri: Nipah virusu yenidən gündəmdə #Hindistan’da Nipah virüsü alarmı #Nipah virüsü Asya’da endişe yarattı #Batı Bengal’de Nipah vakaları tespit edildi #Nipah virüsü nedeniyle havaalanlarında önlemler artırıldı #Asya ülkeleri Nipah virüsüne karşı tedbir aldı #Hindistan kaynaklı Nipah virüsü bölgeyi harekete geçirdi

Mövzu üzrə digər xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

11:20
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25

Son Xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
12:45
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
12:12
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
12:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.