6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Rusiya Kəşfiyyatı Makronun bəzi Afrika ölkələrində çevriliş planlaşdırdığını iddia edib

Rusiya Xarici Kəşfiyyat Xidmətinin yaydığı açıqlamada Fransa Prezidenti Emmanuel Makronun Afrikanın bir sıra ölkələrində hakimiyyət dəyişikliyini hədəfləyən gizli kəşfiyyat əməliyyatlarına birbaşa icazə verdiyi iddia olunub. Bildirilib ki, bu planlar Fransanın son illər Afrika qitəsində itirdiyi nüfuzu bərpa etmək məqsədi daşıyır.

2 Fevral 2026 22:42
Rusiya Kəşfiyyatı Makronun bəzi Afrika ölkələrində çevriliş planlaşdırdığını iddia edib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

Rusiya Xarici Kəşfiyyat Xidməti Fransanın Afrika siyasəti ilə bağlı ciddi ittihamlar irəli sürüb.

AzerVoice xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin yaydığı açıqlamada Fransa Prezidenti Emmanuel Makronun Afrikanın bir sıra ölkələrində hakimiyyət dəyişikliyini hədəfləyən gizli kəşfiyyat əməliyyatlarına birbaşa icazə verdiyi iddia olunub. Bildirilib ki, bu planlar Fransanın son illər Afrika qitəsində itirdiyi nüfuzu bərpa etmək məqsədi daşıyır.

Açıqlamada qeyd edilir ki, Paris rəhbərliyi Afrikada baş verən prosesləri “siyasi geri dönüş” kimi qiymətləndirir. Xüsusilə Fransanın keçmiş müstəmləkəsi olan bəzi Afrika ölkələrində xalqçı və milli suverenlik yönümlü qüvvələrin hakimiyyətə gəlməsi Paris üçün ciddi siyasi və iqtisadi itkilərlə nəticələnib. Həmin hökumətlərin Fransanın maraqlarına xidmət etməməsi bu ölkə ilə münasibətləri kəskinləşdirib.

Rusiya tərəfinin iddiasına görə, Emmanuel Makron Afrika liderlərini hədəf alan planların icrası üçün Fransa kəşfiyyatına yaşıl işıq yandırıb. Bu yanaşmanın daha əvvəl Venesuela Prezidenti Nikolas Maduroya qarşı həyata keçirildiyi iddia edilən əməliyyatlardan ilhamlandığı vurğulanır.

Açıqlamada 3 yanvar tarixində Burkina-Fasoda baş verən uğursuz çevriliş cəhdində Fransanın rolunun olduğu iddia edilir. Bildirilir ki, bu plan Burkina-Faso Prezidenti İbrahim Traoreyə qarşı sui-qəsd cəhdini də əhatə edib. Həmin cəhdin baş tutmadığı, lakin Fransanın Sahel–Sahara bölgəsində sabitliyi pozan fəaliyyətlərini davam etdirdiyi irəli sürülür.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, Mali də bu planların hədəflərindən biridir. İddialara əsasən, ölkədə yanacaq karvanlarına hücumlar, şəhərlərin mühasirəyə alınması cəhdləri və mülki əhaliyə qarşı terror aktları həyata keçirilib. Məqsəd Mali Prezidenti Assimi Qoyta rəhbərliyindəki hakimiyyəti devirmək olub.

Açıqlamada həmçinin Mərkəzi Afrika Respublikasında oxşar ssenarilərin mövcud olduğu, 2025-ci ilin oktyabrında hakimiyyət dəyişikliyi yaşanan Madaqaskarın da hədəf ölkələr sırasında yer aldığı bildirilir. Rusiya tərəfi iddia edir ki, Fransa BRICS ölkələri ilə əlaqələri gücləndirən Madaqaskar rəhbərliyini devirmək və Parisə loyal bir hakimiyyət formalaşdırmaq niyyətindədir.

Rusiya Xarici Kəşfiyyat Xidməti Fransanın Afrikada müxtəlif silahlı və terrorçu qruplara dəstək verdiyini də iddia edib. Açıqlamada bu siyasətin qitədəki qeyri-sabitliyi artırdığı və Fransanın Afrikadakı nüfuzunun daha da zəifləməsinə səbəb olduğu vurğulanır.

Məqalədə: #Rusiya: Makron Afrikada gizli çevriliş planlarına icazə verib #Fransanın Afrika siyasəti ilə bağlı sərt ittihamlar #Rusiya kəşfiyyatından Makronla bağlı qalmaqallı iddia #Afrika ölkələri Fransanın gizli əməliyyatlarının hədəfindədir #Rusiya Fransanı Afrikada sabitliyi pozmaqda ittiham edir #Makronun Afrika planı ilə bağlı yeni iddialar #Rusya’dan Macron’a Afrika suçlaması #Macron’un Afrika’daki darbe planları iddiası #Fransa’nın Afrika politikası yeniden tartışmada #Rus istihbaratından Macron’a sert iddialar #Afrika’da gizli operasyon suçlaması #Paris yönetimine Afrika eleştirisi

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.