Rusiya Kəşfiyyatı Makronun bəzi Afrika ölkələrində çevriliş planlaşdırdığını iddia edib
Rusiya Xarici Kəşfiyyat Xidmətinin yaydığı açıqlamada Fransa Prezidenti Emmanuel Makronun Afrikanın bir sıra ölkələrində hakimiyyət dəyişikliyini hədəfləyən gizli kəşfiyyat əməliyyatlarına birbaşa icazə verdiyi iddia olunub. Bildirilib ki, bu planlar Fransanın son illər Afrika qitəsində itirdiyi nüfuzu bərpa etmək məqsədi daşıyır.