12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Avropa İttifaqında Rusiya ilə birbaşa danışıqlar çağırışları güclənir

Latviya və Estoniya rəhbərliyi Avropa İttifaqını Rusiya ilə birbaşa danışıqlara başlamağa çağırıb və bu məqsədlə Aİ-nin xüsusi nümayəndəsinin təyin olunmasını təklif edib. Latviyanın Baş naziri Evika Siliņa və Estoniya Prezidenti Alar Karis Avropa İttifaqının Rusiya ilə dialoq prosesində birbaşa iştirak etməsinin vacibliyini vurğulayıblar.

5 Fevral 2026 09:39
Avropa İttifaqında Rusiya ilə birbaşa danışıqlar çağırışları güclənir
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice, Fərid Mikayılov

Latviya və Estoniya rəhbərliyi Avropa İttifaqını Rusiya ilə birbaşa danışıqlara başlamağa çağırıb və bu məqsədlə Aİ-nin xüsusi nümayəndəsinin təyin olunmasını təklif edib.

AzerVoice xəbər verir ki, Latviyanın Baş naziri Evika Siliņa və Estoniya Prezidenti Alar Karis Avropa İttifaqının Rusiya ilə dialoq prosesində birbaşa iştirak etməsinin vacibliyini vurğulayıblar.

Latviyanın Baş naziri bildirib ki, Ukrayna artıq danışıqlara başlayıbsa, Avropa da bu prosesdə masada təmsil olunmalıdır. O, xüsusi nümayəndə roluna özünün də hazır olduğunu desə də, Almaniya, Fransa və Böyük Britaniya liderlərinin, eləcə də Polşanın Baş naziri Donald Tusk kimi fiqurların bu prosesdə iştirakının daha məqsədəuyğun olacağını qeyd edib.

Estoniya Prezidenti Alar Karis isə Avropanın dialoqa başlamaqda gecikdiyini bildirib. Onun sözlərinə görə, bir neçə il əvvəl danışıqlardan imtina mövqeyi mövcud idisə, indi Avropanın prosesdən kənarda qalması narahatlıq doğurur. Karis xüsusi nümayəndənin həm Rusiya, həm də Ukrayna tərəfindən etimad göstərilən ölkədən seçilməsinin vacibliyini vurğulayıb.

Fransanın xarici işlər naziri Jan-Noel Barro fevralın 1-də bildirib ki, Avropa ölkələri öz maraqlarını qorumaq üçün Rusiya ilə birbaşa ünsiyyət kanallarına malik olmalıdır. O, bu məsuliyyətin başqa tərəflərə ötürülməməli olduğunu qeyd edib.

Finlandiyanın Baş naziri Petteri Orpo Rusiya Prezidenti ilə görüşə hazır olduğunu desə də, hazırkı mərhələdə bunun üçün vaxtın uyğun olmadığını bildirib. Onun fikrincə, Avropa-Rusiya münasibətlərində mövcud vəziyyət əbədi davam edə bilməz və sülh üçün dialoq qaçılmaz olacaq.

Finlandiya Prezidenti Alexander Stubb da oxşar mövqe ifadə edərək, müəyyən mərhələdə Avropa ilə Rusiya arasında dialoqun mütləq bərpa olunacağını qeyd edib.

Məqalədə: #Rusiya #Fransa #Avropa İttifaqı (Aİ) #Latviya #Ukrayna #Estoniya #Finlandiya #Rusiya-Ukrayna münaqişəsi #Rusiya-Ukrayna müharibəsi #Aleksandr Stubb #Jan-Noel Barro #Evika Siliņa #Alar Karis #Avropa-Rusiya münasibətləri #Aİ-Rusiya dialoqu #Avropa xarici siyasəti

Mövzu üzrə digər xəbərlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

11 Sentyabr 20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
Digər Dövlətlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset

11 Sentyabr 20:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.