Rusiya ilə normal münasibətlər mümkün deyil - Kaya Kallas
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya ilə münasibətlərin hətta münaqişə başa çatdıqdan sonra da normallaşmayacağını bildirib. Bu məsələnin yaxın zamanda keçiriləcək xarici işlər nazirlərinin toplantısında da müzakirə olunacağı bildirilib.
Avropa İttifaqında Rusiya ilə birbaşa danışıqlar çağırışları güclənir
Latviya və Estoniya rəhbərliyi Avropa İttifaqını Rusiya ilə birbaşa danışıqlara başlamağa çağırıb və bu məqsədlə Aİ-nin xüsusi nümayəndəsinin təyin olunmasını təklif edib. Latviyanın Baş naziri Evika Siliņa və Estoniya Prezidenti Alar Karis Avropa İttifaqının Rusiya ilə dialoq prosesində birbaşa iştirak etməsinin vacibliyini vurğulayıblar.