12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İran müharibə yox, danışıqlar istəyir - Tramp

Donald Tramp ABŞ–İran danışıqları ərəfəsində verdiyi bəyanatda İranın müharibə istəmədiyini bildirib. Prezidentin sözlərinə görə, Tehran Vaşinqtonla hərbi toqquşma yox, diplomatik müzakirələr yolu ilə razılaşmaya nail olmağa çalışır. “İran müzakirə istəyir, onlar vurulmağı istəmirlər”, – deyə Tramp qeyd edib.

5 Fevral 2026 18:38
İran müharibə yox, danışıqlar istəyir - Tramp
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice, Orxan Qədirzadə

ABŞ Prezidenti Donald Tramp İranın hərbi qarşıdurmadan yayınaraq danışıqlara üstünlük verdiyini açıqlayıb.

AzerVoice xəbər verir ki, Donald Tramp ABŞ–İran danışıqları ərəfəsində verdiyi bəyanatda İranın müharibə istəmədiyini bildirib. Prezidentin sözlərinə görə, Tehran Vaşinqtonla hərbi toqquşma yox, diplomatik müzakirələr yolu ilə razılaşmaya nail olmağa çalışır.
“İran müzakirə istəyir, onlar vurulmağı istəmirlər”, – deyə Tramp qeyd edib.

Qeyd edək ki, ABŞ–İran arasında yeni danışıqların fevralın 6-da, cümə günü Omanın paytaxtı Maskatda keçirilməsi planlaşdırılır. Danışıqlar ərəfəsində ABŞ dövlət katibi Marko Rubio da proseslə bağlı mövqeyini açıqlayıb. Onun sözlərinə görə, müzakirələrin real və nəticəyönümlü olması üçün bir sıra əsas məsələlər gündəmə daxil edilməlidir.

Rubio bildirib ki, danışıqların uğurla nəticələnməsi balistik raket proqramı ilə bağlı məhdudiyyətlərin müzakirəsindən asılıdır. Dövlət katibi əlavə edib ki, gündəmdə ballistik raketlərin mənzili, İranın regionda silahlı qruplara verdiyi dəstək, nüvə proqramı və ölkə daxilində insan hüquqları ilə bağlı məsələlər yer almalıdır.

ABŞ rəsmilərinin açıqlamaları Vaşinqtonun Tehranla dialoqa açıq olduğunu göstərsə də, tərəflər arasında ciddi fikir ayrılıqlarının qalmaqda davam etdiyi vurğulanır. Analitiklərin fikrincə, Maskat danışıqları ABŞ–İran münasibətlərində gələcək gərginliyin azaldılması və ya yeni mərhələyə keçid baxımından həlledici ola bilər.

Məqalədə: #Tramp: İran müharibə deyil #danışıqlar istəyir #ABŞ Prezidenti: Tehran vurulmaq istəmir #ABŞ–İran danışıqları ərəfəsində Trampdan açıqlama #Maskat görüşü öncəsi Vaşinqtondan İran mesajı #Trampdan İranla müzakirələr barədə mühüm bəyanat #ABŞ–İran xəttində diplomatik mərhələ #Trump: İran savaş değil #müzakere istiyor #ABD Başkanı’ndan İran açıklaması

Mövzu üzrə digər xəbərlər

ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
İran

ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai

20:52
İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM
İran

İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM

20:43
BRICS liderləri münaqişələrin diplomatiya yolu ilə həllinə çağırıblar
Digər Dövlətlər

BRICS liderləri münaqişələrin diplomatiya yolu ilə həllinə çağırıblar

20:40
İrlandiya Prezidenti Trampa müharibə ilə bağlı çağırış edib
Digər Dövlətlər

İrlandiya Prezidenti Trampa müharibə ilə bağlı çağırış edib

20:16

Son Xəbərlər

ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
20:52
Böyük Britaniya Səudiyyənin özünü müdafiə hüququnu dəstəkləyib
Böyük Britaniya Səudiyyənin özünü müdafiə hüququnu dəstəkləyib
20:47
İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM
İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM
20:43
BRICS liderləri münaqişələrin diplomatiya yolu ilə həllinə çağırıblar
BRICS liderləri münaqişələrin diplomatiya yolu ilə həllinə çağırıblar
20:40
Qətərdə müəllim və tələbələr üçün yeni tədqiqat imkanları yaradılıb
Qətərdə müəllim və tələbələr üçün yeni tədqiqat imkanları yaradılıb
20:37
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.