12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Kolumbiya lideri Petrodan Trampa çağırış - “Netanyahu ilə arana məsafə qoy”

Kolumbiya Prezidenti Gustavo Petro ABŞ Prezidenti Donald Trump-a İsrailin Baş naziri Benjamin Netanyahu ilə “arasına məsafə qoyması” çağırışı edib. Kolumbiya lideri çıxışında Yaxın Şərqdə davam edən qarşıdurmalara toxunaraq Ceksonu Amerika qitəsində Afrika mənşəli xalqların azadlıq mübarizəsinin “canlı simvolu” adlandırıb.

7 Mart 2026 12:11
Kolumbiya lideri Petrodan Trampa çağırış - “Netanyahu ilə arana məsafə qoy”

BAKI,VOA

Kolumbiya Prezidenti Gustavo Petro ABŞ Prezidenti Donald Trump-a İsrailin Baş naziri Benjamin Netanyahu ilə “arasına məsafə qoyması” çağırışı edib.

VOA xəbər verir ki, Petro bu barədə ABŞ-da vətəndaş hüquqları hərəkatının tanınmış simalarından olan Jesse Jackson üçün Chicago şəhərində təşkil edilən dəfn mərasimində çıxışı zamanı danışıb.

Kolumbiya lideri çıxışında Yaxın Şərqdə davam edən qarşıdurmalara toxunaraq Ceksonu Amerika qitəsində Afrika mənşəli xalqların azadlıq mübarizəsinin “canlı simvolu” adlandırıb.

Petro ABŞ prezidentinə müraciət edərək bildirib ki, artıq Trampın özünü “insanlığı uçuruma aparan şəxsdən” – Netanyahu ilə tam şəkildə ayırmasının vaxtı çatıb.

Kolumbiya prezidenti Yaxın Şərqdəki gərginliyə diqqət çəkərək vurğulayıb ki, dünya ölkələri birləşməlidir. Onun sözlərinə görə, raketlərə qarşı dura biləcək yeganə qüvvə insanlığın dəstəklədiyi sözün və diplomatiyanın gücüdür.

Petro regionda artan hərbi gərginliyə görə Netanyahunu məsul hesab etdiyini bildirərək Yaxın Şərqdə sülhün mümkün qədər tez bərpa olunmasının vacibliyini qeyd edib.

Onun çıxışı mərasim iştirakçıları tərəfindən alqışlarla qarşılanıb, bəzi şəxslər isə ayağa qalxaraq dəstəyini ifadə edib.

Tədbir zamanı Kolumbiya prezidenti mərasimdə iştirak edən ABŞ-ın sabiq prezidenti Barak Obama ilə qısa söhbət də aparıb.

Məqalədə: #Benyamin Netanyahu #ABŞ #Donald Tramp #Kolumbiya #Qustava Petro

Mövzu üzrə digər xəbərlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

11 Sentyabr 20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
Digər Dövlətlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset

11 Sentyabr 20:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.