8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ Yaxın Şərqə minlərlə hərbçi və əlavə hərbi texnika göndərir

ABŞ mətbuatının məlumatına görə, Vaşinqton administrasiyası Yaxın Şərqdəki hərbi mövcudluğunu artırmaq məqsədilə regiona yeni hərbi qüvvələr göndərməyə başlayıb. ABŞ rəsmilərinə istinadən yayılan məlumatlarda bildirilib ki, bölgəyə təxminən 5 min hərbçidən ibarət amfibiya tapşırıq qrupu və dəniz piyadaları göndəriləcək. Hərbi qüvvələrin göndərilməsi ABŞ Mərkəzi Komandanlığının müraciəti əsasında həyata keçirilir.

13 Mart 2026 21:10
ABŞ Yaxın Şərqə minlərlə hərbçi və əlavə hərbi texnika göndərir

BAKI, VOA, Orxan Qədirzadə

ABŞ administrasiyası Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirmək üçün regiona əlavə qüvvələr göndərir.

VOA xəbər verir ki, ABŞ mətbuatının məlumatına görə, Vaşinqton administrasiyası Yaxın Şərqdəki hərbi mövcudluğunu artırmaq məqsədilə regiona yeni hərbi qüvvələr göndərməyə başlayıb.

ABŞ rəsmilərinə istinadən yayılan məlumatlarda bildirilib ki, bölgəyə təxminən 5 min hərbçidən ibarət amfibiya tapşırıq qrupu və dəniz piyadaları göndəriləcək. Hərbi qüvvələrin göndərilməsi ABŞ Mərkəzi Komandanlığının müraciəti əsasında həyata keçirilir.

Məlumata görə, ABŞ müdafiə naziri Pit Heqseth Yaxın Şərqə dəniz piyadalarının kəşfiyyat bölməsinin göndərilməsinə razılıq verib. Bu addım İran ətrafında artan gərginlik fonunda regionda əməliyyat hazırlığını gücləndirmək məqsədi daşıyır.

Mediada yayılan xəbərlərdə qeyd olunur ki, bu addım yalnız şəxsi heyətlə məhdudlaşmır. ABŞ ordusu bölgəyə əlavə hərbi gəmilər də yönləndirib.

Bildirilir ki, İranla bağlı gərginliyin davam etdiyi bir vaxtda Vaşinqton regionda hərbi mövcudluğunu genişləndirir.

Məlumatlara görə, ABŞ eyni zamanda İsraillə birlikdə həyata keçirilən hərbi əməliyyatların ikinci həftəsində 160-dan çox hərbi yanacaq doldurma təyyarəsini ABŞ Mərkəzi Komandanlığı və Avropa Komandanlığının məsuliyyət zonasına yerləşdirib.

Açıq mənbələrə əsasən, 17 ədəd KC-46A tipli yanacaq doldurma təyyarəsi və 62 ədəd KC-135 tipli təyyarə əməliyyat bölgəsinə yaxın hərbi bazalara yerləşdirilib. Onların bir hissəsinin İngiltərə və ABŞ-ın birgə istifadə etdiyi Diego Qarsiya hərbi bazasında, digərlərinin isə regiondakı müxtəlif hava bazalarında yerləşdirildiyi bildirilir.

Bununla yanaşı, bu təyyarələrin bir hissəsinin İsraildə yerləşən Ben Qurion hava limanında və Avropanın cənubunda yerləşən hərbi bazalarda yerləşdirildiyi barədə məlumatlar yayılıb.

Məqalədə: #ABŞ Yaxın Şərqə 5 min hərbçi göndərir #Vaşinqton regiona əlavə hərbi qüvvələr yerləşdirir #ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır #ABŞ İran gərginliyi fonunda regiona yeni qüvvələr göndərir #ABŞ ordusu Yaxın Şərqə əlavə hərbi gəmilər və dəniz piyadaları göndərir #ABŞ Mərkəzi Komandanlığının bölgəyə hərbi qüvvə yerləşdirməsi müzakirə olunur

Mövzu üzrə digər xəbərlər

ABŞ Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı sanksiyalarına qoşulmayacaq - Marko Rubio
Digər Dövlətlər

ABŞ Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı sanksiyalarına qoşulmayacaq - Marko Rubio

19:34
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
İran

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

19:13
İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
Digər Dövlətlər

İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır

19:07
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
Digər Xəbərlər

Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT

19:02

Son Xəbərlər

Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
20:11
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
20:07
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
20:06
Qətər Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı qərarını alqışlayıb
Qətər Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı qərarını alqışlayıb
20:03
Ərəb Liqası İsrailin Qəzza və İordan çayının qərb sahilindəki addımlarını pisləyib
Ərəb Liqası İsrailin Qəzza və İordan çayının qərb sahilindəki addımlarını pisləyib
19:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.