ABŞ Yaxın Şərqə minlərlə hərbçi və əlavə hərbi texnika göndərir
ABŞ mətbuatının məlumatına görə, Vaşinqton administrasiyası Yaxın Şərqdəki hərbi mövcudluğunu artırmaq məqsədilə regiona yeni hərbi qüvvələr göndərməyə başlayıb. ABŞ rəsmilərinə istinadən yayılan məlumatlarda bildirilib ki, bölgəyə təxminən 5 min hərbçidən ibarət amfibiya tapşırıq qrupu və dəniz piyadaları göndəriləcək. Hərbi qüvvələrin göndərilməsi ABŞ Mərkəzi Komandanlığının müraciəti əsasında həyata keçirilir.