6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Donald Tramp: İran “tam məğlub edilib”

Donald Tramp sosial şəbəkədə paylaşım edərək İranın ABŞ və İsrail tərəfindən həyata keçirilən hərbi əməliyyatlar nəticəsində “tam məğlub edildiyini” iddia edib. Onun sözlərinə görə, Tehran hazırda razılaşma əldə etmək istəyir, lakin ABŞ administrasiyasının qəbul etməyəcəyi şərtlər irəli sürür. Tramp bildirib ki, ABŞ Silahlı Qüvvələrinin İran ərazisində həyata keçirdiyi əməliyyatlar geniş miqyaslı olub. ABŞ liderinin sözlərinə görə, Vaşinqton İranın əsas neft mərkəzlərindən biri hesab edilən Xarq adasında yerləşən hərbi obyektlərə zərbələr endirib.

14 Mart 2026 17:54
Donald Tramp: İran “tam məğlub edilib”

BAKI, VOA, Orxan Qədirzadə

ABŞ prezidenti Donald Tramp İranla bağlı son hərbi əməliyyatlar barədə yeni açıqlama verib.

VOA xəbər verir ki, Donald Tramp sosial şəbəkədə paylaşım edərək İranın ABŞ və İsrail tərəfindən həyata keçirilən hərbi əməliyyatlar nəticəsində “tam məğlub edildiyini” iddia edib.

Onun sözlərinə görə, Tehran hazırda razılaşma əldə etmək istəyir, lakin ABŞ administrasiyasının qəbul etməyəcəyi şərtlər irəli sürür.

Tramp bildirib ki, ABŞ Silahlı Qüvvələrinin İran ərazisində həyata keçirdiyi əməliyyatlar geniş miqyaslı olub. ABŞ liderinin sözlərinə görə, Vaşinqton İranın əsas neft mərkəzlərindən biri hesab edilən Xarq adasında yerləşən hərbi obyektlərə zərbələr endirib.

Bundan əlavə, ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazından keçən neft tankerlərinin təhlükəsizliyini təmin etmək üçün müşayiət əməliyyatlarına başlamağa hazırlaşdığı qeyd olunub.

ABŞ zərbələrinin davam etdiyi vaxtda İran İsrail ərazisinə pilotsuz uçuş aparatları və raketlərlə yeni hücumlar həyata keçirib.

İranın xarici işlər naziri Abbas Araqçi isə bildirib ki, hazırkı şəraitdə ABŞ ilə danışıqlar gündəmdə deyil və hərbi əməliyyatlar zəruri hesab edilən müddət ərzində davam etdiriləcək.

Məlumatlara görə, ABŞ-ın İranın Xarq adasında həyata keçirdiyi hücumlar zamanı bir neçə partlayış qeydə alınıb. İran tərəfi hava hücumundan müdafiə sistemlərinin, hərbi dəniz bazasının və hava limanı obyektlərinin hədəf alındığını, lakin neft infrastrukturlarına ciddi zərər dəymədiyini bildirib.

İran mediasının məlumatına əsasən, ölkənin hava məkanında bir neçə pilotsuz uçuş aparatı vurulub və müharibə başlayandan bəri ABŞ və İsrailə məxsus 100-dən çox pilotsuz aparatın məhv edildiyi iddia olunur.

Eyni zamanda, İsrail ordusu son sutka ərzində İranın qərb və mərkəzi bölgələrində 200-dən çox hərbi hədəfə zərbə endirildiyini açıqlayıb. Bu hədəflər arasında ballistik raket qurğuları, hava hücumundan müdafiə sistemləri və silah istehsalı obyektlərinin olduğu bildirilib.

Məqalədə: #Donald Tramp: İran tam məğlub edilib #ABŞ prezidenti İranın hərbi kampaniyada məğlub olduğunu iddia edib #ABŞ və İsrail İranın hərbi obyektlərinə zərbələr endirib #Tramp İranın razılaşma istədiyini bildirib #Yaxın Şərqdə müharibə: İran və İsrail arasında yeni hücumlar #ABŞ Hörmüz boğazında tanker müşayiətinə hazırlaşır

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.