11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İran müharibəsi “siyasi baxımdan fəlakətli səhvdir” - Almaniya prezidenti

BAKI,VOA, Fərid Mikayılov Almaniya prezidenti Frank-Valter Ştaynmayer ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatları kəskin tənqid edərək, bu müharibəni “siyasi baxımdan fəlakətli səhv” adlandırıb.

25 Mart 2026 12:54
İran müharibəsi “siyasi baxımdan fəlakətli səhvdir” - Almaniya prezidenti

BAKI,VOA, Fərid Mikayılov

Almaniya prezidenti Frank-Valter Ştaynmayer ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatları kəskin tənqid edərək, bu müharibəni “siyasi baxımdan fəlakətli səhv” adlandırıb.

VOA xəbər verir ki, Ştaynmayer bu fikirləri Almaniya Xarici İşlər Nazirliyinin İkinci Dünya müharibəsindən sonra yenidən qurulmasının 75 illiyinə həsr olunan tədbirdə səsləndirib.

O bildirib ki, əgər məqsəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdırsa, bu müharibə qarşısı alına biləcək və zəruri olmayan bir addımdır. Prezidentin sözlərinə görə, münaqişə beynəlxalq hüquqa da ziddir.

Ştaynmayer vurğulayıb ki, beynəlxalq hüququn pozulmasını gizlətmək və ya fərqli təqdim etmək xarici siyasəti daha inandırıcı etmir. O, həmçinin 2015-ci ildə İranla imzalanmış nüvə sazişinin müharibənin qarşısını almaq baxımından mühüm rol oynadığını xatırladıb.

Almaniya prezidenti qeyd edib ki, dünya siyasətində hərbi gücün ön plana çıxması təhlükəli tendensiyadır və diplomatiyanın zəiflədilməsi uzunmüddətli sabitliyə zərbə vurur.

Ştaynmayer çıxışında Rusiyanın Ukraynaya qarşı müharibəsinin Avropanın təhlükəsizlik sistemini sarsıtdığını da bildirib və Avropanın təhlükəsizliyini artıq Rusiyaya qarşı qurmalı olduğunu deyib.

O, həmçinin transatlantik münasibətlərdə ciddi çatların yarandığını, ABŞ-la əvvəlki səviyyədə etimadın bərpasının çətin olduğunu vurğulayıb.

Prezident əlavə edib ki, Almaniya və Avropa İttifaqı gələcəkdə daha müstəqil siyasət yürütməli, texnologiya və təhlükəsizlik sahəsində asılılıqları azaltmalıdır.

Məqalədə: #İsrail #İran #Almaniya #ABŞ #Frank-Valter Ştaynmayer

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

09:53
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

10 Sentyabr 21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

10 Sentyabr 20:10

Son Xəbərlər

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
13:23
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
12:43
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
12:20
Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?
Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?
12:06
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.