11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tramp müharibə əleyhdarı jurnalistləri axmaq adlandırıb

ABŞ Prezidenti Donald Tramp İranla hərbi münaqişəyə qarşı çıxan nüfuzlu mühafizəkar şərhçiləri və media fəallarını hədəf alaraq, onları sərt ifadələrlə ittiham edib. Tramp özünə məxsus “Truth Social” platformasında paylaşım edərək, Taker Karlson, Meqan Kelli, Kendis Ouens və Aleks Cons kimi tanınmış simaların İrana qarşı müharibəyə etiraz etmələrini "aşağı intellekt göstəricisi" kimi qiymətləndirib. O, terroru dəstəkləyən bir dövlətin nüvə silahına sahib olmasına göz yummağın "axmaqlıq" olduğunu bildirib və bu şəxslərin televiziya kanallarından qovulduqlarını, artıq heç kim tərəfindən ciddiyə alınmadıqlarını iddia edib.

10 Aprel 2026 11:18
Tramp müharibə əleyhdarı jurnalistləri axmaq adlandırıb

BAKI,VOA, Orxan Qədirzadə

ABŞ Prezidenti Donald Tramp İranla hərbi münaqişəyə qarşı çıxan nüfuzlu mühafizəkar şərhçiləri və media fəallarını hədəf alaraq, onları sərt ifadələrlə ittiham edib.

VOA xəbər verir ki, Tramp özünə məxsus “Truth Social” platformasında paylaşım edərək, Taker Karlson, Meqan Kelli, Kendis Ouens və Aleks Cons kimi tanınmış simaların İrana qarşı müharibəyə etiraz etmələrini "aşağı intellekt göstəricisi" kimi qiymətləndirib. O, terroru dəstəkləyən bir dövlətin nüvə silahına sahib olmasına göz yummağın "axmaqlıq" olduğunu bildirib və bu şəxslərin televiziya kanallarından qovulduqlarını, artıq heç kim tərəfindən ciddiyə alınmadıqlarını iddia edib.

Müxalif mövqedə dayanan bu dörd mühafizəkar sima İrana qarşı müharibənin Trampın "Öncə Amerika" (America First) şüarına zidd olduğunu müdafiə edirlər. Onlar həmçinin ABŞ liderini İsrailin təzyiqləri altında hərbi əməliyyatlara başlamaqda ittiham edirlər. Bu fikir ayrılığı respublikaçı elektorat arasında da parçalanmanı üzə çıxarıb; son sorğulara görə, Tramp tərəfdarlarının 22%-i İranla müharibəyə qarşı çıxsa da, 71%-i bu addımı dəstəkləyir.

Trampın xüsusilə Kendis Ouensə qarşı hücumu isə Fransa ilə bağlı qalmaqala söykənir. O, Ouensi Fransanın birinci xanımı Brijit Makron haqqında dezinformasiya yaymaqda ittiham edərək, xanım Makronun ABŞ məhkəməsində açdığı təhqir davasında böyük məbləğdə təzminat qazanacağına ümid etdiyini bildirib. Buna cavab olaraq Ouens Trampı "divanə soyqırım tərəfdarı" adlandırıb və onun "qocalar evinə" yerləşdirilməsini təklif edib.

Məqalədə: #Donald Trampın bəyanatı #Taker Karlson İran #Mühafizəkar media simaları #Amerika Öncə (America First) şüarı #Brijit Makron məhkəmə davası #Truth Social paylaşımları #Respublikaçı partiya parçalanması #İran nüvə silahı müzakirələri #Tramp və Kendis Ouens arasında İran mübahisəsi #ABŞ-da İranla müharibəyə dəstək sorğuları 2026 #Taker Karlsonun İrana qarşı müharibəyə münasibəti #Brijit Makron haqqında dezinformasiya və ABŞ məhkəməsi #Trampın İranın mədəniyyətini məhv etmək hədəsi #Media mənsublarının Trampın xarici siyasətinə etirazı

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

09:53
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

10 Sentyabr 21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

10 Sentyabr 20:10

Son Xəbərlər

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
13:23
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
12:43
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
12:20
Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?
Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?
12:06
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.