14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Aİ və Macarıstan arasında veto böhranı aradan qalxdı – Ukraynaya 90 milyard avroluq kredit təsdiqləndi

Avropa İttifaqı Macarıstanın vetonu geri götürməsindən sonra Ukraynaya ayrılacaq 90 milyard avroluq kredit paketini yekdilliklə təsdiqləyib. Ukrayna Prezidenti Volodimir Zelenski bu addımı “doğru siqnal” kimi qiymətləndirərək bildirib ki, Rusiyaya qarşı təzyiqin artırılması və Ukraynaya dəstəyin gücləndirilməsi münaqişənin həlli üçün vacibdir. Maliyyə paketinə əsasən, 2026-cı ildə 45 milyard avronun mərhələli şəkildə ayrılması nəzərdə tutulur. Bu məbləğin 16,7 milyard avrosu maliyyə, 28,3 milyard avrosu isə hərbi dəstək üçün istifadə olunacaq. Qalan hissənin isə 2027-ci ildə verilməsi planlaşdırılır.

23 Aprel 2026 16:21
Aİ və Macarıstan arasında veto böhranı aradan qalxdı – Ukraynaya 90 milyard avroluq kredit təsdiqləndi

BAKI,VOA, Fərid Mikayılov

Avropa İttifaqında iki aydır davam edən maliyyə mübahisəsi həllini tapıb.

VOA xəbər verir ki, Avropa İttifaqı Macarıstanın vetonu geri götürməsindən sonra Ukraynaya ayrılacaq 90 milyard avroluq kredit paketini yekdilliklə təsdiqləyib.

Məlumata görə, bu qərarla Viktor Orbanın mövqeyi səbəbindən yaranmış böhran aradan qaldırılıb. Qərar əvvəlcə səfirlər səviyyəsində razılaşdırılıb, daha sonra isə yekun təsdiqini alıb.

Qeyd edilir ki, kredit paketinin ilk tranşının “mümkün olan ən qısa müddətdə” Ukraynaya köçürülməsi planlaşdırılır. Maliyyə proqramını Avropa Komissiyası idarə edəcək.

Ukrayna Prezidenti Volodimir Zelenski bu addımı “doğru siqnal” kimi qiymətləndirərək bildirib ki, Rusiyaya qarşı təzyiqin artırılması və Ukraynaya dəstəyin gücləndirilməsi münaqişənin həlli üçün vacibdir.

Maliyyə paketinə əsasən, 2026-cı ildə 45 milyard avronun mərhələli şəkildə ayrılması nəzərdə tutulur. Bu məbləğin 16,7 milyard avrosu maliyyə, 28,3 milyard avrosu isə hərbi dəstək üçün istifadə olunacaq. Qalan hissənin isə 2027-ci ildə verilməsi planlaşdırılır.

Eyni zamanda qeyd olunub ki, vəsaitlərin ayrılması Ukraynada aparılacaq islahatlara bağlı olacaq və korrupsiya ilə mübarizədə geriləmə baş verərsə, ödənişlər dayandırıla bilər.

Məqalədə: #Avropa İttifaqı (Aİ) #Viktor Orban #Macarıstan #Ukrayna #Orban hökuməti #veto böhranı

Mövzu üzrə digər xəbərlər

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

13 Sentyabr 19:40
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran

İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb

13 Sentyabr 18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

13 Sentyabr 18:03
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Pakistan

Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər

13 Sentyabr 15:22

Son Xəbərlər

Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.