9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İran hücumları nəticəsində ABŞ-ın 16 hərbi bazası zərər gördü

ABŞ mediası İranın hücumlarının Yaxın Şərqdə yerləşən Amerika hərbi infrastrukturu üçün ciddi nəticələr doğurduğunu bildirir. Məlumata görə, bəzi obyektlər ciddi əməliyyat zərbəsinə məruz qalıb, bir sıra hərbi infrastrukturlar isə tam yararsız vəziyyətə düşüb. Hücumların əsasən region üzrə yerləşdirilmiş müasir radar sistemlərinə, rabitə şəbəkələrinə, raketdən müdafiə vasitələrinə və hərbi aviasiyaya yönəldiyi bildirilir.

4 May 2026 09:38
İran hücumları nəticəsində ABŞ-ın 16 hərbi bazası zərər gördü

BAKI,VOA, Fərid Mikayılov

ABŞ mediası İranın hücumlarının Yaxın Şərqdə yerləşən Amerika hərbi infrastrukturu üçün ciddi nəticələr doğurduğunu bildirir.

VOA xəbər verir ki, CNN telekanalının apardığı araşdırmaya əsasən, ABŞ ilə İran arasında artan gərginlik regiondakı Amerika hərbi bazalarına birbaşa təsir göstərib.

Məlumata görə, bəzi obyektlər ciddi əməliyyat zərbəsinə məruz qalıb, bir sıra hərbi infrastrukturlar isə tam yararsız vəziyyətə düşüb. Hücumların əsasən region üzrə yerləşdirilmiş müasir radar sistemlərinə, rabitə şəbəkələrinə, raketdən müdafiə vasitələrinə və hərbi aviasiyaya yönəldiyi bildirilir.

Zərər görən obyektlər sırasında İordaniyada yerləşən ABŞ-a məxsus THAAD raket batareyalarına bağlı radar sistemləri, eləcə də Birləşmiş Ərəb Əmirliklərində bəzi hərbi obyektlərdəki radar infrastrukturu qeyd olunur.

Eyni zamanda, Səudiyyə Ərəbistanında yerləşən hava bazasına edilən hücum zamanı ABŞ-a məxsus “Boinq E-3 Sentry” erkən xəbərdarlıq təyyarəsinin məhv edildiyi də vurğulanır.

Pentaqon rəsmiləri ötən həftə Konqresdə çıxış edərək ABŞ-ın İrana qarşı əməliyyatlarının təxminən 25 milyard dollar dəyərində olduğunu açıqlasa da, CNN və CBS News kimi bir sıra Amerika media qurumları ümumi xərclərin ən azı 50 milyard dollara çatdığını iddia edir.

Məqalədə: #İran #ABŞ #Tehran #Yaxın Şərq #Vaşinqton #THAAD #ABŞ və İran münasibətləri #Boinq E-3 Sentry

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib

8 Sentyabr 21:07

Son Xəbərlər

Səudiyyədə mədəniyyətin intellektual təhlükəsizliyin gücləndirilməsində rolu müzakirə olunub
Səudiyyədə mədəniyyətin intellektual təhlükəsizliyin gücləndirilməsində rolu müzakirə olunub
09:26
Səudiyyə Ərəbistanı və Xorvatiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Səudiyyə Ərəbistanı və Xorvatiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub
09:23
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
09:00
Saç yağı təqdim edən 6 ərəb brendi
Saç yağı təqdim edən 6 ərəb brendi
08:09
Yəmən husi terrorçularından təmizlənir
Yəmən husi terrorçularından təmizlənir
07:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.