14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ dövlət katibi Roma səfərində Vatikanla gərginliyi azalda biləcəkmi?

ABŞ dövlət katibi Marco Rubio Vaşinqton ilə Vatikan arasında artan gərginliyi azaltmaq məqsədilə Romaya rəsmi səfərə hazırlaşır. Rubio bu həftə Roma şəhərinə səfər edərək cümə axşamı Papa XIV Leo ilə görüş keçirəcək. Səfər çərçivəsində o, cümə günü İtaliyanın Baş naziri Giorgia Meloni və xarici işlər naziri Antonio Tajani ilə də danışıqlar aparacaq.

5 May 2026 11:08
ABŞ dövlət katibi Roma səfərində Vatikanla gərginliyi azalda biləcəkmi?

BAKI,VOA Orxan Qədirzadə

ABŞ dövlət katibi Marco Rubio Vaşinqton ilə Vatikan arasında artan gərginliyi azaltmaq məqsədilə Romaya rəsmi səfərə hazırlaşır.

VOA xəbər verir ki, Rubio bu həftə Roma şəhərinə səfər edərək cümə axşamı Papa XIV Leo ilə görüş keçirəcək. Səfər çərçivəsində o, cümə günü İtaliyanın Baş naziri Giorgia Meloni və xarici işlər naziri Antonio Tajani ilə də danışıqlar aparacaq.

Məlumata görə, səfərin əsas məqsədi ABŞ prezidenti Donald Trump ilə Papa XIV Leo arasında yaranmış açıq və qeyri-adi gərginliyi yumşaltmaqdır. Bildirilir ki, tərəflər arasında münasibətlər xüsusilə miqrasiya siyasəti və Yaxın Şərqdə baş verən hadisələr fonunda pisləşib.

Papa XIV Leo daha əvvəl Tramp administrasiyasının miqrasiya əleyhinə siyasətini tənqid edib, həmçinin ABŞ-ın Kuba ilə bağlı enerji məhdudiyyətləri və İran ətrafında hərbi gərginliklə bağlı narahatlığını ifadə edib. O, ABŞ və İsrailin İrana qarşı hərbi fəaliyyətini də sərt şəkildə tənqid edib.

Öz növbəsində, Tramp sosial şəbəkələrdə Papaya qarşı bir neçə dəfə sərt ifadələr işlədib və onu “dəhşətli” adlandırıb. Buna cavab olaraq Papa XIV Leo bildirib ki, o, mövqeyini etik və mənəvi prinsiplər əsasında formalaşdırır və şəxsi qarşıdurmaya girmək niyyətində deyil.

ABŞ Dövlət Departamentinin məlumatına əsasən, Rubio ilə Papa XIV Leo arasında keçiriləcək görüşdə əsas diqqət Yaxın Şərqdəki vəziyyətə və tərəflər arasında ortaq maraqlara yönələcək.

Rubionun İtaliya rəsmiləri ilə görüşlərində isə təhlükəsizlik sahəsində əməkdaşlıq və strateji koordinasiya məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, bu təmaslar ABŞ-ın NATO müttəfiqlərinə yönəlmiş son tənqidləri fonunda baş tutur. Tramp alyans üzvlərini İranla bağlı münaqişədə kifayət qədər dəstək verməməkdə ittiham edib.

Bununla yanaşı, ABŞ-ın Almaniyadan 5 min hərbçini çıxarmaq planı və İspaniya ilə İtaliyadan da qoşunların azaldılması ehtimalı regionda əlavə siyasi gərginlik yaradır. İtaliya hökuməti isə ABŞ qoşunlarının ölkədən çıxarılmasına qarşı olduğunu açıqlayıb.

Məqalədə: #Yaxın Şərq geosiyasəti #ABŞ Vatikan münasibətləri #Vaşinqton Vatikan gərginliyi #Marko Rubio Roma səfəri #Papa XIV Leo ABŞ münasibətləri #Donald Tramp Vatikan tənqidi #İtaliya ABŞ hərbi əməkdaşlığı #Corcia Meloni ABŞ əlaqələri #ABŞ qoşunlarının Avropadan çıxarılması #NATO daxilində fikir ayrılığı #ABŞ İran siyasəti #Vatikanın müharibəyə münasibəti #Avropa təhlükəsizlik strategiyası #ABŞ-nin Avropadakı hərbi mövcudluğu

Mövzu üzrə digər xəbərlər

Pakistan və Livan məhkumların köçürülməsi haqqında memorandum imzalayıb
Pakistan

Pakistan və Livan məhkumların köçürülməsi haqqında memorandum imzalayıb

20:51
Sudan ordusu Efiopiyanı sərhəd ərazilərini ələ keçirməyə çalışmaqda ittiham edib
Sudan

Sudan ordusu Efiopiyanı sərhəd ərazilərini ələ keçirməyə çalışmaqda ittiham edib

20:34
İran nüvə rəhbərinin Avstriyaya buraxılmamasını pisləyib
İran

İran nüvə rəhbərinin Avstriyaya buraxılmamasını pisləyib

20:30
Avstriya İranın nüvə rəhbərinin ölkəyə buraxılmamasının səbəbini açıqlayıb
İran

Avstriya İranın nüvə rəhbərinin ölkəyə buraxılmamasının səbəbini açıqlayıb

19:29

Son Xəbərlər

Qətər süni intellekt infrastrukturu reytinqində birinci olub
Qətər süni intellekt infrastrukturu reytinqində birinci olub
21:14
Qətər və Böyük Britaniya müdafiə əməkdaşlığını gücləndirir
Qətər və Böyük Britaniya müdafiə əməkdaşlığını gücləndirir
21:06
Ər-Riyadda “Expo Village” üçün 853 milyon dollarlıq layihə həyata keçiriləcək
Ər-Riyadda “Expo Village” üçün 853 milyon dollarlıq layihə həyata keçiriləcək
21:01
Könül Xasıyeva sənətinin ərəb musiqisindəki dəqiq analoqu kimdir?
Könül Xasıyeva sənətinin ərəb musiqisindəki dəqiq analoqu kimdir?
20:58
İraq qonşulara qarşı hücum meydanına çevrilməyəcək - Baş Nazir
İraq qonşulara qarşı hücum meydanına çevrilməyəcək - Baş Nazir
20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.